Minimum aylıq əməkhaqqı — işçinin əməyinə görə ona ödənilən maaşın ən aşağı pilləsi.
Minimum aylıq əməkhaqqı siyasətinin dəstəkçiləri iddia edirlər ki, bu siyasət işçilərin həyat şəraitini yüksəldir, yoxsulluq səviyyəsini azaldır və biznesin effektli olması yönündə stimul yaradır. Ancaq digər iqtisadçılara görə isə əslində minimum əmək haqqı siyasəti faktiki olaraq yoxsulluq səviyyəsini yüksəltməsi, işsizlik səviyyəsini yüksəltməsi və biznes aktivliyinə ziyan olması yönündə tənqid edilir.
Azərbaycanda minimum əməkhaqqı Azərbaycanda minimum əməkhaqqı – qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Azərbaycanda minimum əməkhaqqı ölkə prezidenti tərəfindən təyin olunur.
2006–2025-ci illər ərzində Azərbaycanda minimum əməkhaqqının dəyişmə dinamikası: 2006-cı ilin oktyabrından — 30 AZN 2007-ci ilin fevralından — 50 AZN 2008-ci ilin yanvarından — 60 AZN 2008-ci ilin avqustundan — 75 AZN 2010-cu ilin sentyabrından — 85 AZN 2011-ci ilin dekabrından — 93,50 AZN 2013-cü ilin sentyabrından — 105 AZN 2017-ci ilin yanvarından — 116 AZN 2018-ci ilin yanvarından — 130 AZN 2019-cu ilin martından — 180 AZN 2019-cu ilin sentyabrından — 250 AZN 2022-ci il yanvarın 1-dən — 300 AZN 2023-cü il yanvarın 1-dən — 345 AZN 2025-ci il yanvarın 1-dən — 400 AZN
İstinadlar
Kateqoriya:Əməyin iqtisadiyyatı
Kateqoriya:Əmək münasibətləri Kateqoriya:İnsan hüquqları Kateqoriya:İqtisadi göstəricilər Kateqoriya:Hüquqi terminlər Kateqoriya:Əmək hüququ