Vüqar Mürsəl oğlu Ələkbərov () — Azərbaycanı təmsil edən boksçu və məşqçi. 2000-2005-ci illərdə Azərbaycan yığmasının heyətində çıxış edib.

2 dəfə Olimpiya Oyunları, 2 dəfə Dünya Çempionatı, 2 dəfə isə Avropa Çempionatında mübarizə aparan Vüqar Ələkbərov 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarının bürünc medalına sahib olub. Vüqar Ələkbərov bu idman növü üzrə Olimpiya Oyunlarının medalına sahib olan birinci azərbaycanlı idmançıdır.

Vüqar Ələkbərov Azərbaycan idmanında xidmətlərinə görə 2000-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin Sərəncamına əsasən "Tərəqqi" medalı ilə, 2015-ci ildə isə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edildi.

Həyatı Vüqar Ələkbərov 1981-ci il yanvarın 5-də Mingəçevir şəhərində anadan olub. 1995-ci ildən idmanla məşğul olmağa başladı. Şəxsi məşqçisi Rəşid Məmmədovdur.

Vüqar Ələkbərov 2000-ci ildə Mingəçevir Politexnik İnstitutundan, 2005-ci ildə isə Bakı Dövlət Universitetindən məzun oldu.

Karyerası Vüqar Ələkbərov 2000-ci ildə Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Sentyabrın 18-də baş tutan təsnifat mərhələsində Vüqar Ələkbərovun rəqibi Keniya nümayəndəsi Peter Kariui Ngumi oldu. Həmin görüşdə Vüqar Ələkbərov rəqibinə 12:2 hesabı ilə qalib gəldi və olimpiadanın 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Avstraliya nümayəndəsi Paul Miller oldu. Sentyabrın 22-də baş tutan görüş gərgin idman mübarizəsi şəraitində baş tutdu. Nəticədə isə Vüqar Ələkbərov rəqibinə 10:8 hesabı ilə qalib gəldi və olimpiadanın 1/4 final mərhələsinə adladı. Bu mərhələdə isə onun rəqibi Türkiyə nümayəndəsi Axın Kuloğlu oldu. Sentyabrın 26-da baş tutan görüş Azərbaycan idmanı üçün tarixi bir görüş oldu. Həmin görüşdə Vüqar Ələkbərov rəqibinə 18:8 hesabı ilə qalib gəldi və olimpiadanın yarım-final mərhələsinə adladı. Bununla da o, ən azından bürünc medalı təmin etdi və bu idman növü üzrə olimpiya medalına sahib olan birinci azərbaycanlı oldu. Sentyabrın 28-də baş tutan yarım-final mərhələsində Vüqar Ələkbərovun rəqibi Kuba nümayəndəsi Xorxe Qutiyerrez oldu. Həmin görüşdə Vüqar Ələkbərov rəqibinə 10:20 hesabı ilə məğlub oldu və XXVII Yay Olimpiya Oyunlarının bürünc medalına sahib oldu.

Sidney Olimpiadasından sonra Vüqar Ələkbərovun birinci beynəlxalq turniri 2001-ci ilin 2-10 iyununda Birləşmiş Krallığın Belfast şəhərində baş tutan Dünya Çempionatı oldu. Vüqar Ələkbərov turnirin 1/6 final mərhələsində İngiltərə nümayəndəsi Karl Froça 12:22 hesabı ilə məğlub oldu və turnirdə mübarizəsini dayandırdı.

Vüqar Ələkbərov növbəti turniri 2002-ci ilin 12-22 iyulunda Rusiyanın Perm şəhərində baş tutan Avropa Çempionatı oldu. Vüqar Ələkbərov bu səfər də uğursuzluqla üzləşdi. 1/8 final mərhələsindəcə Ukrayna nümayəndəsi Oleq Maşina məğlub olan Vüqar Ələkbərov Avropa Çempionatında mübarizəsini dayandırdı.

2003-cü ildə Dünya Çempionatını buraxan Vüqar Ələkbərov 2004-cü ildə həm Avropa Çempionatında, həm də Olimpiya Oyunlarında mübarizə apardı. 18-28 fevralda Xorvatiyanın Pula şəhərində baş tutan turnirin 1/16 final mərhələsində Vüqar Ələkbərovun rəqibi Rumıniya nümayəndəsi Adrian Stanca oldu. Həmin görüşdə Vüqar Ələkbərov rəqibinə 28:6 hesabı ilə qalib gəldi və turnirin 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Macarıstan nümayəndəsi Giorgi Hidvegi oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Vüqar Ələkbərov rəqibinə 44:25 hesabı ilə qalib gəldi və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə isə onun rəqibi Rusiya nümayəndəsi Alexandr Alexeyev oldu. Bu görüşdə Vüqar Ələkbərov birinci raunddaca rəqibinə məğlub oldu və Avropa Çempionatını beşinci pillədə başa vurdu.

Vüqar Ələkbərov 2004-cü ilin 30 mart-4 aprelində Polşanın Varşava şəhərində baş tutan Avropa Olimpiya Təsnifat Turnirində mübarizə apardı və bütün rəqibləri üzərində qələbə qazanaraq həm turnirin qalibi oldu, həm də Afina Olimpiadasına lisenziyaya sahib oldu.

2004-cü ilin əsas turniri 12-30 avqustda Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunları oldu. Dörd il əvvəl Sidney Olimpiadasının bürünc medalına sahib olan Vüqar Ələkbərov bu səfər də medala iddialı idi. Avqustun 18-də 1/8 final mərhələsi baş tutdu. Vüqar Ələkbərovun bu mərhələdə rəqibi Yunanıstan nümayəndəsi Spiridon Kladuças idi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Vüqar Ələkbərov rəqibinə 18:14 hesabı ilə qalib gəldi və olimpiadanın 1/4 final mərhələsinə adladı. Bu mərhələdə isə onun rəqibi Suriya nümayəndəsi Naser Al Şami oldu. Görüşün əvvəlindən Vüqar Ələkbərov rəqibindən üstün olsa da, dördüncü raundda qaraciyərindən ağır zərbə aldığına görə referilər məcburi qaydada görüşü dayandırdı və Vüqar Ələkbərovu turnirdən uzaqlaşdırdı. Naser Al Şami qalib elan edildi və o, yarım-final mərhələsinə adlayaraq özü üçün minimum bürünc medalı təmin etdi. Vüqar Ələkbərov isə Afina Olimpiadasını beşinci pillədə başa vurdu.

Bundan sonra Vüqar Ələkbərov əvvəl sahib olduğu idman formasını tədricən itirməyə başladı.

Vüqar Ələkbərov bir il davam edən fasilədən sonra 2005-ci ilin noyabrında rinqə geri döndü. 12-20 noyabrda Çinin Mianyan şəhərində baş tutan Dünya Çempionatı da Vüqar Ələkbərov uğusuzluqla üzləşdi. Turnirin 1/8 final mərhələsində Çin nümayəndəsi Yan Liya 11:20 hesabı ilə məğlub olan Vüqar Ələkbərov Dünya Çempionatında mübarizəsini dayandırdı.

Ardıcıl zədələrdən sonra Vüqar Ələkbərov 24 yaşında idmanla vidalaşdı.

Məşqçi fəaliyyəti Karyerasını başa vurandan sonra Vüqar Ələkbərov Neftçi İdman Klubunda məşqçi olaraq çalışdı.

Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1303 nömrəli Sərəncamına əsasən I Avropa Oyunlarında məşqçi olaraq qazandığı uğurlara və Azərbaycan idmanında xidmətlərinə görə Vüqar Mürsəl oğlu Ələkbərov Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edildi.

Yetirmələri Pərviz Bağırov — Dünya Çempionatının bürünc medalçısı, Avropa Oyunlarının qalibi, Rio-de-Janeyro Olimpiadasının beşincisi.

Nəticələri SıraİlYarışEv sahibiNəticə12000Olimpiya Oyunları Avstraliya3.22001Dünya Çempionatı Şimali İrlandiyaPAT32002Avropa Çempionatı RusiyaPAT42004Avropa Çempionatı Xorvatiya5.5Avropa Olimpiya Təsnifat Turniri Polşa2.6Olimpiya Oyunları Yunanıstan5.72005Dünya Çempionatı ÇinPAT

Dövlət təltifləri 55x55px "Tərəqqi" medalı — Azərbaycan Prezidenti Heydər Əliyevin 18.10.2000-ci il tarixli 404 nömrəli Fərmanına əsasən XXVII Yay Olimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Vüqar Mürsəl oğlu Ələkbərov "Tərəqqi" medalı ilə təltif edildi.

Görüşlərinin nəticələri Görüşlərinin nəticələriSıraNəticəTarixRəqibHesabYarışMərhələ1.Qəl.18/09/2000 Peter Kariui Ngumi12:22000 Olimpiya Oyunları1/16 final mərhələsi2.Qəl.22/09/2000 Paul Miller10:81/8 final mərhələsi3.Qəl.26/09/2000 Axın Kuloğlu18:81/4 final mərhələsi4.Məğ.28/09/2000 Xorxe Qutiyerrez10:20bürünc medal qazandı5.Məğ.05/06/2001 Karl Froç12:222001 Dünya Çempionatı1/16 final mərhələsi6.Məğ.15/07/2002 Oleq MaşinRSCO2002 Avropa Çempionatı1/8 final mərhələsi7.Qəl.21/02/2004 Adrian Stanca28:62004 Avropa Çempionatı1/16 final mərhələsi8.Qəl.22/02/2004 Giorgi Hidvegi44:251/8 final mərhələsi9.Məğ.24/02/2004 Alexandr AlexeyevRSCI1/4 final mərhələsi10.Qəl.18/08/2004 Spiridon Kladuças18:142004 Olimpiya Oyunları1/8 final mərhələsi11.Məğ.22/08/2004 Naser Al ŞamiDSQ1/4 final mərhələsi12.Məğ.17/11/2005 Yan Li11:202005 Dünya Çempionatı1/8 final mərhələsi

Populyar mədəniyyətdə 2001-ci il yanvarın 26-da Azərmarka tərəfindən Azərbaycanın 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında medallara sahib olan üç idmançısının şərəfinə poçt markaları dövriyyəyə buraxıldı. 586 nömrəli poçt markası Vüqar Ələkbərova həsr edildi.

İstinadlar

Kateqoriya:Azərbaycanın kişi boksçuları Kateqoriya:Azərbaycanın olimpiya boksçuları Kateqoriya:2000 Yay Olimpiya Oyunlarında boksçular Kateqoriya:2004 Yay Olimpiya Oyunlarında boksçular Kateqoriya:Olimpiya bürünc medalına sahib Azərbaycan idmançıları Kateqoriya:2000 Yay Olimpiya Oyunları bürünc medalçıları Kateqoriya:Azərbaycan olimpiya idmançıları Kateqoriya:Mingəçevir şəxsləri