Təyin Olunmuş Adlar və Nömrələr üzrə İnternet Korporasiyası () – 1998-ci ildə ABŞ Ticarət Nazirliyi tərəfindən yaradılmış qeyri-kommersiya qurumu. Üst səviyyə domen (TLD) adlarının verilməsinə nəzarət edir, İnternetin ünvan fəzasına, protokolların parametrlərinin müəyyənləşdirilməsinə, domen adları sisteminə və kök serverləri sisteminə cavabdehlik daşıyır. ICANN yaradılmamışdan öncə bu məsələləri bir-biri ilə bağlı olmayan bir neçə agentlik həll edirdi.
ICANN tərəfindən 1999-cu ildə UDRP (domenlər haqqında mübahisələri araşdıran vahid siyasət) qəbul edilmişdir. Buradakı sənədlər vasitəsilə bəd niyyətlə domen adların qeydiyyatı məsələlərinə baxmaq məqsədini daşıyan məhkəmə xaricində mübahisələrinin nizama salınması sistemi yaradılmışdır.
Göstərilən sənədlərin qüvvəyə minməsi anından başlayaraq, domenlərlə bağlı mübahisələri araşdıran bir neçə mərkəz akkpeditə edilmişdir. Baxılan mübahisələrin 90%-i Arbitraj-vasitəçi mərkəz – Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və Milli Arbitraj Forumu kimi təşkilatların payına düşür.
Ədəbiyyat İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
İstinadlar
Xarici keçidlər ICANN web-site ICANN Litigation ICANN Wiki ICANNWatch Independent ICANN news blog / Lextext Site advocating the return of public representation in ICANN Domain Roundtable Conference — Annual Domain Industry Conference CircleID: Community discussions involving ICANN and Internet Governance Coalition For ICANN Transparency DailyChanges.com — a Free ICANN Registrar Statistics site
Kateqoriya:Kompüter şəbəkələri Kateqoriya:İnternetin idarə olunması Kateqoriya:İnternetin idarə olunması təşkilatları Kateqoriya:Beynəlxalq təşkilatlar Kateqoriya:DNS Kateqoriya:ABŞ-nin qeyri-kommersiya təşkilatları Kateqoriya:İnternet protokolu