Rasim Məhəmməd oğlu Əliquliyev () — texnika elmləri doktoru, professor, akademik, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru.
Həyatı Rasim Məhəmməd oğlu Əliquliyev 20 yanvar 1958-ci ildə Azərbaycan Respublikası Bərdə rayonunda anadan olmuşdur. 1979-cu ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunu (indiki Azərbaycan Texniki Universiteti) "Elektron hesablayıcı maşınları" ixtisası üzrə bitirmişdir. 1983–1986-cı illərdə Azərbaycan Elmlər Akademiyasının (AEA) Kibernetika İnstitutunda "Avtomatlaşdırılmış idarəetmə sistemləri" ixtisası üzrə aspiranturada təhsil almışdır. 1979–1986-cı illərdə AEA Kibernetika İnstitutunda mühəndis, böyük mühəndis, komsomol katibi vəzifələrində çalışmışdır. 1986-cı ildə AEA Avtomatlaşdırılmış İdarəetmə Sistemləri (AİS) Şöbəsinə köçürülmüşdür. 1986–1997-ci illərdə AEA AİS Şöbəsində (1997-ci ildə AİS Şöbəsinin bazasında İnformasiya-Telekommunikasiya Elmi Mərkəzi – İTEM təşkil olunmuşdur) böyük mühəndis, aparıcı mühəndis, "Respublika hesablama mərkəzləri və verilənlərin ötürülməsi şəbəkəsi" layihəsinin baş mühəndisi, 1997-ci ildən İTEM-in baş mühəndisi-direktor müavini vəzifələrində işləmişdir. 2002-ci ildən AMEA İnformasiya Texnologiyaları İnstitutunun (institut 2002-ci ildə İTEM-in bazasında yaradılmışdır) direktorudur. 2013–2019-cu illərdə AMEA-nın akademik-katibi işləmişdir. 2019-cu ildə AMEA-nın vitse-prezidenti seçilmişdir. 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur. 2024-cü ildə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunmuşdur. 2025-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif olunmuşdur .
Ailəlidir: 1 qızı və 1 oğlu var.
Elmi fəaliyyəti 2007-ci ildə "İnformatika" ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilmişdir. 2014-cü ildə "İnformatika" ixtisası üzrə AMEA-nın həqiqi üzvü (akademik) seçilmişdir. Rəhbərliyi altında 6 elmlər doktoru, 39 fəlsəfə doktoru hazırlanmışdır. Hazırda 11 elmlər doktoru, 2 fəlsəfə doktoru hazırlığı üzrə doktorant və dissertantların elmi məsləhətçisi və rəhbəridir. 2021–2024-cü,,, -ci illərdə Stenford Universitetinin (ABŞ) Scopus (Niderland) elmmetrik bazasının məlumatları əsasında hazırladığı süni intellekt sahəsində dünyanın ən yaxşı 2% alimlərinin reytinq siyahısına seçilib.
Elmi ekspertiza fəaliyyəti Jurnalların redaksiya heyətində üzvlük: – Applied and Computational Mathematics – CAAI Transactions on Intelligence Technology – Телекоммуникации – Безопасность цифровых технологий – Problems of Information Technology – Problems of Information Society İnformasiya Texnologiyaları İnstitutunun nəzdində fəaliyyət göstərən Dissertasiya şurasının sədridir.
Elmi-təşkilati fəaliyyəti Avropa Milli Tədqiqat və Təhsil Şəbəkələri Assosiasiyasının (GEANT) Baş Assambleyasında Azərbaycanın nümayəndəsidir.
İctimai-siyasi fəaliyyəti 2019-2025-ci illərdə AR İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının üzvü olmuşdur. Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin üzvüdür. "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin nəzdində Bədii Şuranın üzvüdür. Qərbi Azərbaycan İcması Müşahidə Şurasının üzvüdür. 2013-2018-ci illərdə Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Elmi əsərləri və istinadlar Google Scholar
Web of Science Alguliyev, Rasim M. (WoS)
ScopusAlguliyev, Rasim M. (Scopus)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:AMEA-nın həqiqi üzvləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:İnformasiya Texnologiyaları İnstitutunun alimləri (Azərbaycan) Kateqoriya:Azərbaycan Milli İstiqlal Partiyasının üzvləri Kateqoriya:Bakı Dövlət Universitetinin müəllimləri