Püstəqasım — Azərbaycan Respublikasının Quba rayonunun Rustov kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası Püstəqasım oyk., milr. Rustov dəlınəsindədir. Rustov kəndinin keçmiş məhəllələrindən birinin adıdır. Yerli əhali bu adı Püsəqazmə kimi tələffüz edir. Oykonim “qazmaların arxası, dal tərəfi” mənasında izah olunur. Keçmişdə kəndin indiki ərazisində rustov- luların meyvə bağlan olmuşdur. Əhali orada yayda müvəqqəti qazmalar tikərək meyvəni qurudurdu. XIX əsrin ortalannda həmin yer daimi yaşayış məntəqəsinə çevrilmiş, bu yerin adı isə tədricən indiki şəklini almışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1175 nəfər əhali yaşayır. Kəndin əhalisini tatlar təşkil edir.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Tanınmışlar Mirzəhməd Ağasiyev — Əməkdar müəllim. İbrahim Ağasi(8h).
Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti azerbaijanphoto.com saytındakı şəkilləri
İstinadlar
Kateqoriya:Quba rayonunun kəndləri