Hacıqaib — Azərbaycan Respublikasının Quba rayonunun Hacıhüseynli kənd inzibati ərazi dairəsində kənd. Hacıhüseynli bələdiyyəsinin tərkibindədir.

Toponimikası Hacıqayıb oyk, sadə. Qudyal çayının sahilində, Qusar maili düzənliyindədir. Keçmiş adı Hacıqayıbqışlaq olmuşdur. XIX əsrin ortalarında Qrız kəndindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Hacı Qayıb yaşayış məntəqəsini salmış şəxsin adıdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu il]]in siyahıyaalınmasına əsasən kənddə 1162 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax Quba rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Quba rayonunun kəndləri