Qarahəmzəli, Qarahamzalı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd.Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913. Мамедова Фарида. О некоторых вопросах исторической географии Албании I в. до н. э. - VIII в. “Историческая география Азербайджана”. Баку, 1987.
Tarixi Toponim İrəvan quberniyası İrəvan qəzasında qarahəmzəli nəsil adı əsasında əmələ gəlmişdir. Patronomik və sadə toponimdir. 1918-ci ildə kəndin adı dəyişdirilib Tamamlı, 1920-ci ildə yenidən dəyişdirilərək Burastan qoyulmuşdur. Yaxınlıqda yerləşən Tamamlı kəndi Qarahəmzalı kəndi ilə birləşdirilmişdir. Tamamlıda 1905-ci ildə 27 nəfər azərbaycanlı olmuşdur. Birləşdirilmiş kəndlər Burastan adlandırılmışdır. Erməni əhalisi buraya 1829-1830-cu illərdə İrandan gəlmişlər.
Coğrafiyası və iqlimi Ermənistan SSR Artaşat (Qəmərli) rayonunda, rayon mərkəzindən 4 km şimal-qərbdə kənd.
Əhalisi Kənddə tarixən yalnız azərbaycanlılar yaşamışdır. Ermənilər buraya 1828-ci ildən sonra İrandan köçürülmüşdürШопен И. Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи, СПб, Типография императорский Академии Наук, 1852,s.551-553. Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 55 nəfər, 1873-cü ildə 192 nəfər, 1886-cı ildə 247 nəfər, 1897-ci ildə 269 nəfər azərbaycanlı yaşamışdırQorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.46-47, 126-127. 1918-ci ilin fevral ayında azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuşdurИстория Азербайджана по документам и публикациям,Баку, «Элм», 1990,s.216. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 143 nəfər, 1926-cı ildə 157 nəfər, 1931-ci ildə 167 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-1953-cü illərdə azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya edilərək zorla Azərbaycana köçürülmüşdür. İndi burada ancaq gəlmə ermənilər yaşayırlar.
Toponimi XIX əsrin əvvəllərində əhalisi qarışıq idi. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır Гейбуллаев Г.А. О происхождении некоторых этнотопонимов Азербайджана. (Доланлар, Онгутлу, Араткенд, Абад, Алат, Керки, Кылычлы). “ДАН Азерб. ССР”, 1981, № 2. Hubschmann H.Die Altarmenische grammatik, I. Jaepzig, 1985.. 1590-cı ildən mə'lumdurIravan eyaletinin mufessel defteri. Istanbul. Basbakanlik Arsivi, № 633. Еhtimal ki, Qars əyalətində Qara Həmzə kəndindən Лерх П. Исследование об иранских курдах и их предках северных халдеях. Спб., 1832. Мамедова Фарида. О некоторых вопросах исторической географии Албании I в. до н. э. - VIII в. “Историческая география Азербайджана”. Баку, 1987. gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. 1728-ci ilə aid mənbəyə görə digər adı "Nəhri-Mustafa" idiYüzbaşov R. Azərbaycanın coğrafi tеrminləri. Bakı, 1966.. 1935-ci ildə kənd Tamamlı, 1950-ci ildə ermənicə Burastan adlandırılmışdır. Qəryə (kənd) və Həmzəli etnonimindən ibarətdir.
İstinadlar
Kateqoriya:Gərnibasar kəndləri Kateqoriya:Ararat mərzinin yaşayış məntəqələri