Almalı — Azərbaycan Respublikasının Qax rayonunun Almalı kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Almalı Qax rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Almalı çayının sahilində, Alazan-Həftəran vadisindədir. Yaşayış məntəqəsi eyniadlı sahədə salındığı üçün belə adlandırılmışdır. Kəndin ərazisində Almalı nuyu (Almalı dərəsi) adlanan başqa bir obyekt də qeydə alınmışdır. Yerli əhalinin verdiyi məlumata görə, kənd Samux rayonundan gəlmiş ailələr tərəfindən salınmışdır"Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh. 49.. Digər məlumata görə isə Qərbi Azərbaycandan köç etmiş tərəkəmə tayfalarıdır.

Əhalisi 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 414 təsərrüfatda hər iki cinsdən toplam 1.995 nəfər əhali yaşayır.Qax Rayon İcra Hakimiyyəti: İcra Hakimiyyəti: Bələdiyyələr: Qax rayonu inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr haqqında məlumat Əhali müxtəlif Oğuz tayfalarından ibarət etnik Azərbaycan türkləridir.

Toponimikası Qax rayonunun eyniadlı i.ə.v.-də kənd. Almalı çayının sahilində, Alazan-Həftəran vadisindədir. Yaşayış məntəqəsi eyniadlı sahədə salındığı üçün belə adlandırılmışdır. Kəndin ərazisində Almalı nüyü (Almalı dərəsi) adlanan başqa bir obyekt də qeydə alınmışdır. Yerli əhalinin verdiyi məlumata görə, kənd Samux r-nundan gəlmiş ailələr tərəfindən salınmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

İstinadlar

Kateqoriya:Qax rayonunun kəndləri