Əkbər Məmməd oğlu Ağayev () — tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1939), Azərbaycanın Əməkdar ali məktəb işçisi (1981), filologiya elmləri doktoru (1972), professor.

Həyatı Əkbər Ağayev Şuşada anadan olmuşdur. Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat şöbəsini bitirmişdir. 1940-1941-ci illərdə Elmlər Akademiyası Azərbaycan filialının aspiranturasında təhsilini davam etdirmişdir. Həmçinin Moskvada Ali Diplomatiya Məktəbində təhsil almışdır.

Fəaliyyəti Əmək fəaliyyəti Əkbər Ağayev Moskvada Ali Diplomatiya Məktəbində təhsilini başa vurduqdan sonra "İzvestiya" qəzeti və Sovet İttifaqı Teleqraf Agentliyi redaksiyalarında işləmişdir. Daha sonra Bakıda bir sıra mətbuat orqanlarında ədəbi işçi, məsul katib, şöbə müdiri və redaktor vəzifələrində çalışmışdır. thumb|297x297px|Əkbər Ağayev (sağdan 4-cü) Azərbaycan ziyalıları ilə Y. V. Çəmənzəminlinin evinin qarşısı Əkbər Ağayev eyni zamanda elmi-pedaqoji fəaliyyəti dövründə Azərbaycan Dövlət Pedaqoji Universitetində, Xarici Dillər İnstitutunda, Bakı Dövlət Universitetində müəllim. kafedra müdiri və fakültə dekanı, Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda inkişaf etmiş sosializm dövrü ədəbiyyatı şöbəsinin müdiri vəzifələrində işləmişdir.

Ədəbi fəaliyyəti Əsərləri Ədəbi fəaliyyətə hələ 1935-ci ildə başlamış Əkbər Ağayevin "Nizami və dünya ədəbiyyatı" (1964), "Şeirimizin yeni nəsli", "Lirikanın qüdrəti", "Dramaturgiyanın bəzi məsələləri", "Ədəbiyyat tarixi haqqında qeydlər" və s. kimi ədəbiyyatşünaslıq və ədəbi tənqidə həsr olunmuş xeyli məqaləsi məlumdur ki, onların arasında rus və dünya ədəbiyyatına həsr olunmuş "Anri Barbüs", "Höte Nizami haqqında", "Fransız xalqının böyük oğlu", "Humanist sənətkar", "Xalq nəğməkarı", "Səhər şəfəqləri" kimi əsərlər də vardır. "M.Y.Lermantov və Azərbaycan" (1941), "A.İ.Gertsen"(1962), "Sənətkarlıq məsələləri" (ədəbi-tənqidi məqalələr)(1962), "Nizami və dünya ədəbiyyatı" (1964), "Sənətkara töhfə" (1978), "Əsrin tərənnümü" və s. kitabları işıq üzü görmüşdür.

Tərcümələri Əkbər Ağayev tərcümə sənəti ilə də yaxından məşğul olan müəllif dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərini dilimizə tərcümə etmişdir. A.S.Puşkin, M.Y.Lermontov, A.A.Çexov, L.N.Tolsto, Belinski, Dobrolyubov, Qorki, Dikkens, Bualo və b. rus ədiblərindən tərcümələri vardır.

Həmçinin bax Azərbaycan ədəbiyyatı Ağaoğlular İstinadlar

Xarici keçidlər

Kateqoriya:Şuşa alimləri Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan tənqidçiləri Kateqoriya:Azərbaycanlı tənqidçilər Kateqoriya:Azərbaycan ədəbi tənqidçiləri Kateqoriya:Az əhəmiyyətli komiks məqalələri Kateqoriya:Azərbaycan ədəbiyyatşünasları Kateqoriya:Azərbaycanlı ədəbiyyatşünaslar Kateqoriya:Azərbaycan tərcüməçiləri Kateqoriya:Azərbaycanlı tərcüməçilər