Virciniya Çerrill () — ABŞ aktrisası. Daha çox Çarli Çaplinin "Böyük şəhərin işıqları" filmindəki kor gülsatan qız rolu ilə tanınır.Louvish, Simon. "Bright Spark on the Silver Screen." The Guardian, May 9, 2009. Retrieved: December 17, 2011.Nicholson, Juliet.Review: "Review: Chaplin's Girl: The Life and Loves of Virginia Cherrill by Miranda Seymour." The London Evening Standard, May 20, 2009. Retrieved: December 17, 2011.
Həyatı
Virciniya Kartheyc şəhərinin yaxınlığında yerləşən İllinoysda Ceyms E. Çerrill və Blanş Uilkoksun ailəsində anadan olmuşdur. Müəyyən bir yaşa çatandan sonra o, Hollivuda gedir və təsadüfən boks yarışında Çarli Çaplinlə tanış olur. Virciniya onun diqqətini cəlb edir və Çaplin qızı "Böyük şəhərin işıqları" filmindəki kor gülsatan qız roluna dəvət edir. Lakin çəkilişlər zamanı onların münasibətləri elə də asan olmamışdı. Hətta Çaplin Virciniyanı çəkilişlər başlayandan bir neçə gün sonra qovmaq istəmişdi. Məşhur rejissorun fikri bu rola Corcio Heyli dəvət etmək idi. Amma artıq çəkilmiş səhnələrin yenidən çəkiləcəyi zamanı çoxlu vəsait xərclənəcəyini görən Çarli Çaplin Virciniyanı çəkilişlərə qaytarır.Eagan 2010, p. 180.
Virciniya Çerrill sonralar da bir neçə filmdə göründü. Lakin o, 1936-cı ildə öz kino fəaliyyətini dayandırır.
Virciniya 4 dəfə ərə getmişdi. Onun ikinci əri aktyor Keri Qrant (1934-1935), üçüncü əri Cersinin 9-cu qrafı Corc Çayld-Villers (1937-1946) olmuşdur. Bu nikahın bağlanmasından sonra Virciniya qrafinya titulunu daşımışdı. 1948-ci ildə isə o, Florian Martiniyə ərə gedir. Virciniya həyatının sonuna qədər onunla birlikdə Santa-Barbarada ömür sürmüşdür. O, 14 noyabr 1996-cı ildə elə həmin şəhərdə 88 yaşında vəfat etmişdir.
Virciniya Çerrill Hollivudun "Şöhrət xiyabanı"nda ulduza malikdir.
Filmoqrafiya İl Azərbaycanca adı Orijinal adı Rol1928 Hava sirki Ekstra1931 Böyük şəhərin işıqları kor qız1931 Nəsil Ancela1931 Heyranedici Dayana Van Berq1931 Qızlar diqqət istəyir Coan Medison1933 Təəssüf miss Rezerford1933 Çarli Çanın böyük hadisəsi Barbara Uinterslip1933 Zirək işçilər Virciniya1933 O bunu götürə bilməz 1933 Xanımlar sevməlidir Billin məşuqəsi1934 Pul dəlisi Linda1934 Bəyaz qızdırma 1935 Xüsusi gecikmə Canet Qrem1936 Təhlükəli sular Cyun Elkhart1983 Naməlum Çaplin özü
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:Santa-Barbarada vəfat edənlər Kateqoriya:İnsultdan vəfat edənlər Kateqoriya:XX əsr ABŞ aktrisaları