Ətiqə İzmayılova () — Azərbaycanın aparıcı etnoqroflarından biri.

Həyatı 1932-ci il martın 19-da Bakı şəhərində anadan olmuşdur. Öz əmək fəaliyyətini Talış mədəniyyəti və sosial həyatının mütəxəssisi kimi başlayaraq, sonradan o Azərbaycan milli geyimləri ilə məşğul olmuşdur. Ali təhsilini 1955-ci ildə Moskva Dövlət Universitetinin Tarix fakültəsində, elmlər namizədi dərəcəsini isə SSRİ EA-nı Mikluxa-Maklay adına Etnoqrafiya İnstitunda almışdır. Uzun illər müddətində Azərbaycan EA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda və Azərbaycan Milli Tarix Muzeyində çalışıb. Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya şöbəsinə rəhbərlik edib.

İstinadlar

Kateqoriya:Azərbaycan etnoqrafları Kateqoriya:Ensiklopedik əhəmiyyəti təsdiqlənmiş alim məqalələri