right|300px|thumb|Antarktik yarımadası

Antarktida yarımadasıAzərbaycan Milli Ensiklopediyası / I CİLD // Antarktida yarımadası. 528 səh (1961-ci ilədək sovet və İngiltərə xəritələrində Qreyam Torpağı, Amerika xəritələrində Palmer yarımadası, Çili xəritələrində O’Xiqgins Torpağı, Argentina xəritələrində San Martin Torpağı adlanırdı) — Antarktida ərazisinin bir hissəsi.

Uzunluğu materikin əsas kütləsindən şimala 1200 km. qərbdən-şərqə təqribən 200 km-dir. Mərkəzi hissəsi hündürlüyü 1500–2000 m olan buz platosudur. Yarımada ilə Juenvil adası arasında Antarktik boğazı yerləşir.

Sahil zolağında qismən buzdan azad dağ massivləri var. 10-cu Sakit okean elmi konqresin (1961) məsləhəti ilə Antarktikanın tədqiqində iştirak edən ölkələrin əksəriyyəti bu ərazini Antarktika yarımadası adlandırmışdır. Ondan şimal-qərbdə Adeleyd adası yeləşir. Mənbə Antarktik yarımadasının kosmosdan çəkilən şəkilləri (Panoramio saytı) İstinadlar

Kateqoriya:Antarktida yarımadaları Kateqoriya:Antarktida Kateqoriya:Mübahisəli ərazilər Kateqoriya:Argentina Antarktikası