Koburq — Şimali Bavariyada şəhər. Turingiya meşəsində, İtz çayı üzərində yerləşir. Əhalisi 42,257 nəfərdir (2003).

Şəhərin adına ilk dəfə 1056-cı ildə rast gəlinir. 1353–1918-ci illərdə şəhər Meysen markqrafları (1826-cı ildən Saksen Koburg Gota hersoqları) titulu ilə tanınan Vettin nəslinə məxsus olub. Vettin nəsli Avropada beş monarx ailəsinin əsasını qoyub: Britaniyada Vindzorlar; Belçika kral Ailəsi; Portuqaliya kral ailəsi (1853–1910); Bolqarıstan kral ailəsi (1908–1946); Saksoniya kral ailəsi(1806–1918). Eləcə də Vettin nəslidən iki Polşa kralı olub.

Koburqun məşhur yetirmələri içərisində Hans Morgentau da var.

Qalereya

İstinadlar

Kateqoriya:Almaniya şəhərləri Kateqoriya:1056 Kateqoriya:Bavariya şəhərləri