Lazanya () — İtaliyada ən məşhur yeməklərdən biri. Makaron, tərəvəzlər və döyülmüş ətdən hazırlanan İtalyan zapekankası.

Mənşəyi Lazanyanın mənşəyi orta əsrlər dövrü İtaliyadan gəlir və onun ənənəvi olaraq Neapol şəhərinə aid olduğuna inanılır. XIV əsrdən olan Liber de Coquina () adlı mənbə onun ən erkən reseptinin yazısını saxlayır.Liber de Coquina (1285), De lasanis . Gloning. Bu reseptin ənənəvi lazanya ilə oxşarlığı böyük deyil. Fermentləşmiş xəmirdən nazik təbəqələr (lazanya) hazırlanıb, qaynadılırdı və üstünə pendirnən ədviyyatlar səpilirdi. Bu xörək balaca sancılan çubuqnan yeməli idi.Serventi, Pasta: the story of a universal food, Columbia UP, 2012, p.235

Neapolun ənənəvi lazanya di karnevale () adlı xörək yerli kolbasa, balaca qovurmuş ət topları, bərk qaynadılmış yuçurtalar, rikotta və motsarella pendirləri və Neapol raqusudan (ət sousu) olan qatlardan ibarətdir.

Etimologiya

Qədim Romada lasana və ya lasanum (latın dilində qab və ya qazan) adlı oxşar bir xörək var idi. O, Mark Qabiy Apitsiyin De re coquinaria kitabında izah olunur.De re coquinaria . Apicio. Bu sözün mənşəyi bundan da qədim ola bilər. Qədim Yunanıstanda λάγανον (laqanon) adlı uzun hissələrə kəsilən həmir xörəyi var idi.λάγανον , Henry George Liddell, Robert Scott, A Greek-English Lexicon, on Perseus"Everyone Eats: Understanding Food and Culture", Eugene Newton Anderson, NYU Press, 2005 Başqa bir nəzəriyyəyə görə, lazanya sözü yunan λάσανα (lasana) və ya λάσανον (lasanon), yəni sacayaq və ya dibçək sözlərindən gəlir.λάσανα , Henry George Liddell, Robert Scott, A Greek-English Lexicon, on Perseus

İncəsənətdə Komiks personajı Qarfild lazanyanı sevir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Makaron məhsulları Kateqoriya:İtaliya mətbəxi Kateqoriya:Pendir xörəkləri