Haldun Taner — Türkiyə yazıçısı, jurnalist.

Həyatı Haldun Taner 16 mart 1915-ci ildə İstanbulda anadan olmuşdur. Orta təhsilini 1935-ci ildə Qalatasaray Sultanisində bitirdikdən sonra, dövlət tərəfindən təhsilini davam etdirmək üçün Almaniyaya — Heydelberq Universitetinə göndərilib. 1938-ci ildə ağır vərəm xəstəliyinə görə təhsilini yarım qoyub, vətəninə qayıdır. 1938–1942-ci illərdə Erenköy Sanatoriyasında müalicə olunur.

Ali təhsilini 1950-ci ildə İstanbul Universiteti Ədəbiyyat fakültəsi Alman Filalogiyası bölməsində tamamlamışdır.

27 may 1960-cı ildəki hərbi çevriliş nəticəsində universitetdən uzaqlaşdırılan və "147-lər" adlanan alimlər arasında idi.

Yaradıcılığı Ədəbiyyat yaradıcılığına gənclik illərində yazdığı eskizlərlə başlamışdır. "Töhmət" adlı ilk hekayəsi 1946-cı ildə "Yedigün" jurnalında "Haldun Yağcıoğlu" təxəllüsü ilə çap edilmişdir. Yazıçılıqla yanaşı, İstanbul Universiteti Qəzetçilik İnstitutunda, Ankara Universiteti Dil və Tarix-Coğrafiya fakültəsində, İstanbul Universiteti Ədəbiyyat fakültəsində ədəbiyyat, sənət tarixi və teatr dərsləri verən Haldun Taner, "Milliyət" qəzetində redaktor işləyərkən, 7 may 1986-cı ildə İstanbulda vəfat etmişdir.

Kateqoriya:Türkiyə yazıçıları Kateqoriya:Türkiyə jurnalistləri Kateqoriya:147-lər Kateqoriya:Türkiyə dramaturqları Kateqoriya:XX əsr dramaturqları Kateqoriya:XX əsr Türkiyə yazıçıları Kateqoriya:Dramlar