Teymur Vəliyev (Vəliyev Teymur Süleyman oğlu; d. 15 yanvar 1926, Ağdam rayonu – v. 3 aprel 2002) — görkəmli Azərbaycan iqtisadçısı, AMEA-nın müxbir üzvü (1983), Əməkdar elm xadimi (1981).
Həyatı Teymur Süleyman oğlu Vəliyev 1947–1951-ci illərdə K. Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil almışdır. 1966-cı ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitututunda yenicə yaradılmış İxtisaslaşdırılmış Müdafiə Şurasında doktorluq dissertasiyası müdafiə edən birinci, respublikada iqtisadiyyat üzrə doktorluq dissertasiyası müdafiə edən ikinci alim idi.
Fəaliyyəti 1966–1971-ci illərdə D. Bünyadzadənin Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun tədris işləri üzrə prorektoru; 1971–1976-cı illərdə SSRİ Ali Attestasiya Komissiyasının "Siyasi iqtisad" ixtisası üzrə ekspert komissiyasının üzvü; 1971–1992-ci illərdə ADU-nun siyasi iqtisad kafedrasının müdiri; 1977–1989-cu illər universitetin tədris işləri üzrə prorektoru; 1992–2000-ci illərdə yenidən Azərbaycan İqtisad Universitetinin elmi işlər üzrə prorektoru vəzifələrində çalışmış; 2000–2002-ci illərdə BDU-nun İqtisadiyyat kafedrasının professoru kimi fəaliyyət göstərmişdir.
Yardıcılıq fəaliyyəti Teymur Vəliyevin 50 çap vərəqindən çox olan 200-ə qədər elmi əsərin müəllifi olmuşdur. Onun elmi rəhbərliyi ilə 20 nəfərdən çox elmlər doktoru və namizədi dissertasiya müdafiə etmişdir. Azərbaycan Siyasi İqtisad (iqtisadi nəzəriyyə) elmi məktəbinə uzun müddət rəhbərlik etmişdir.İqtisadi inkişaf səviyyələrinin tarazlaşmış qanunauyğunluqlarını aşkar etməklə bunları ədalətin, humanizmin əlaməti kimi xarakterizə etmişdir. Onun əmək bölgüsü haqqında mülahizələri sosializmin və bazar, sosializm və əmtəə-pul münasibətləri kimi o dövrün aktual məsələlərinə aydınlıq gətirir. İqtisad elminin yeni prinsiplər və tələblər səviyyəsində inkişafının ilk təşəbbüslərindən biridir.
1995-ci ildə çoxsaylı dərsliklərin, o cümlədən Azərbaycanda ilk iqtisadi nəzəriyyə dərsliyinin redaktoru və müəlliflərindən biri olmuşdur. Uzun müddət bir sıra iqtisadi jurnalların, 1972–1987-ci illərdə isə mötəbər "Экономические науки" jurnalının redaksiya heyətinin üzvü olmuşdur.
Monoqrafiyaları
Mükafatları SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin gümüş medalı Azərbaycan Respublikası Əməkdar elm xadimi fəxri adı
Həmçinin bax Yozef Şumpeter Vilayət Vəliyev
İstinadlar
Ədəbiyyat Orxan Zakiroğlu (Baharlı). Ağdam şəhər 1 nömrəli orta məktəbin tarixi (1883–1993). I kitab. Bakı, 2016
Kateqoriya:Azərbaycan iqtisadçıları Kateqoriya:Ağdamda doğulanlar Kateqoriya:Pedaqoqlar Kateqoriya:Azərbaycan pedaqoqları Kateqoriya:Azərbaycanlı pedaqoqlar Kateqoriya:Azərbaycan maarifçiləri Kateqoriya:Azərbaycanlı maarifçilər Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Ağdam rayonunda doğulanlar