Neftekamsk — Rusca: Нефтека́мск; Başqırdca: Нефтекама, Neftekama)Rusiya Federasiyasında yerləşən şəhər Başqırdıstan Respublikasına daxildir Şəhər Kama çayının yaxınlığında yerləşir. Ərazisi 147,25 km² olan şəhərin əhalisi 2010-cu ildə 121,733 nəfər olmuşdur. Neftekamsk respublikanın böyük bir sənaye və mədəniyyət mərkəzidir. Əhalisinin sayına və ərazisinə görə muxtar respublikanın Ufa, Serlitamak və Salavat şəhərlərindən sonra dördüncü böyük şəhəridir.
Tarixi Neftekamsk, 1957-ci ildə bölgədə neft yataqlarının tapılmasından sonra salınmışdır və 1963-cü ildə şəhər statusu almışdır.
Coğrafiyası və iqlimi Neftekamsk respublikanın şimal-qərbində, paytaxt Ufa şəhərindən 200 kilometr məsafədə Kama çayı sahilində yerləşir. Şəhər Başqırdıstan respublikasının Krasnokamsk və Yanaul rayonları ilə həmsərhəddir.
Əhalisi Rusiya əhali siyahıyaalmalarına əsasən 2010-cu ildə şəhər əhalisinin 31,5 %- tatarlardan, 29,7 %-i ruslardan, 25,8 %-i başqırdlardan, 9,9 %- marilərdən, 3,1 %-i isə digər millətlərdən ibarət olmuşdur.Итоги Всероссийской переписи населения 2010 года по Республике Башкортостан.
İqtisadiyyatı Rusiyanın ən böyük avtobus istehsalçılarından olan NEFAZ şirkəti şəhərdə yerləşən ən böyük sənaye müəssisəsidir.
İstinadlar
Kateqoriya:Neftekamsk Kateqoriya:Başqırdıstanın tarixi-coğrafiyası