() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Təbii yayılması Təbii halda Aralıq dənizyanı ölkələrində bitir.
Botaniki təsviri Hündürlüyü 4 m-ə çatan həmişəyaşıl koldur. Cavan zoğları çılpaq və ya tükcüklü,illik zoğları qonurdur. Yarpaqları dərili, ellipsvari (12 x5,5 sm), kənarları bütöv, üstü parlaq yaşıl, alt tərərfi açıq rəngli, damarcıqları tükcüklüdür. Çiçəkləri çəhrayı-ağ, ətirlidir, çətirvari süpürgələrdə toplanmışdır, diametri 10 sm-dir. Yazın sonunda çiçəkləyir. Meyvəsi şirəli, bir çəyirdəklidir, qara-göy, şarşəkilli və ya yumurtavaridir. Meyvəsi payızda yetişir. Toxumla, əsasən payızda çoxalır. Adi başınağacı və məğrur başınağacına yaxşı calaq edilir.
Ekologiyası Torpağa az tələbkar, quraqlığa davamlı, isti və işıqsevən bitkidir. Şəhərin tozlu və qazlı havasına dözümlüdür.
Azərbaycanda yayılması Azərbaycanın bir çox rayonlarında — Zaqatalada, Balakəndə, Şəkidə rast gəlinir.
İstifadəsi Tək və qrup əkinlərində, canlı çəpərlərin tərtibatında istifadə edilir. Bir neçə dekorativ forması vardır.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Qərbi Asiya florası Kateqoriya:Şimali Afrika florası Kateqoriya:Avropa florası Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Bağ bitkiləri Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:Dərman bitkiləri Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları