Karolina Voznyatski və ya Karolina Vojnyatskaya (, ) - Danimarkalı qadın tennisçi. Karolin son açıqlanan reytinqdə dünyada 1 nömrədir. Şəxsi Həyatı

Valideynlərinin polşalı olması səbəbiylə iki ana dili var. O danca, ingiliscə və rusca da danışır.

Voznyatski idmançı bir ailədə dünyaya göz açıb. Anası Anna Voznyatski bir zaman Polşa Milli Voleybol Komandasında oynamışdı. Atası Pyotr Voznyatski isə bir professional futbolçu idi. Almaniya milli futbol komandasında oynayırdı, lakin Danimarkaya köçənnən sonra Danimarka milli futbol komandasına transfer oldu. Böyük qardaşı Petrik Voznyatski də atası kimi futbolçudur. Hələ də Kopenhagendə Boldklubben Fremdə oynamaqdadır.

Karyerası

Karolina Voznyatski 2005-ci ildə, yəni hələ 15 yaşı olanda professional tennisçi oldu. 2005-ci ildə cuniorlarda bir neçə turnirin qalibi oldu. İlk WTA çempionatına isə 19 iyulda, Sinsinnatidə Petti Şneidere qarşı oynadı və məğlub oldu. Karolin Voznyatski 2010-cu ildə dünya reytinqində 1 nömrəyə yüksəlməyi bacardı.

Mənbə

Tofiq Vəziroğlu, "Onun adı Viktoriya", "New Baku Post" qəzeti, №49(49), 08.12.2012. səh.14.

Kateqoriya:Tennisçilər Kateqoriya:Danimarkada doğulanlar