() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Balkan yarımadası, Kiçik Asiya, İran, Qafqaz və Orta Asiyada yayılmışdır; Şərgi Avropa düzənliyin ancaq cənub hissəsində enliyarpaqlı meşələrdə və çöllərdə, kolluqlarda, daşlıq yerlərdə bitir.
Botaniki xarakteristikası Hündürlüyü 2 m-ə çatan çoxillik bitkidir. Gövdəsi sarmaşan, budaqlıdır. Uc budaqları parlaq, kanarları dişli sürünən, üçkünc-budaqlı, bünövrəsində oduncaqlaşmışdır. Kladodiləri parlaq, xırda dişli olmaqla, dəstədə 20 ədəddir. İkievli bitkidir, diametri 0,4 sm-dir. Çiçəkləri budaqların ucunda yerləşir. Çıçəkyanlığı yarımşəkilli, uzunluğu təxminən 4 mm-dir, qısa ayaqda yerləşir, mərkəzdən bölünmüşdür. İyunda çiçəkləyir. Kladodiləri (hamar qoltuq zoğları) əsas gövdədə dəstələrdə yerləşir, çoxsaylıdır (20-ə qədər), budaqlarda 1-3 ədəddir. Meyvəsi giləmeyvədir, diametri 5 mm-ə çatır. İyulda meyvələri tamyetişir, Toxumlarla və qələmlərlə çoxaldılır.
Ekologiyası Rütübətsevən bitkidir. Münbit torpaqlarda yaxşı inkişaf edir. Sərt günəş şüalarından və küləkdən qorunmalıdır.
Azərbaycanda yayılması Böyük Qafqazda, Qubada, Hirkan florasında rast gəlinir. Mərdəkan dendrarisində 1998-ci ildə introduksiya olunmuşdur.
İstifadəsi Dekorativ görünüşünə görə park və bağlarda, rütübətli arazilərdə müxtəlif kompozisiyaların qurulmasında istifadəsi məqsədyönlüdür.
Sinonimləri Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Asiya florası