Məzmun İsfəndiyar pul qazanmaq məqsədilə sevgilisi Sürəyyanı (Məlahət Abbasova) kənddə qoyub Moskvaya gedir. İllər ötür, amma İsfəndiyardan xəbər çıxmır. Bunu görən Sürəyya onun ardınca yola düşür. Rus dilini bilməyən və ömründə şəhər görməyən Sürəyya Moskvada çox çətinlik çəkir. Bununla belə o, öyrənir ki, İsfəndiyar burada bir rus qızı ilə evlənib. Onların Əli (Ülvi Məmmədov) adında 3 yaşlı uşaqları da var. Onu da öyrənir ki, arvadı ərini və uşağını atıb başqa kişiyə ərə gedib. Sürəyya İsfəndiyarın oğlu Əlini götürüb kəndlərinə qayıdır…
Kinolent insanın öz doğma torpağı qarşısında mənəvi borcundan, gənc kəndli qızının daxili aləminin böyüklüyündən danışır.
Film haqqında Film aktrisa Məlahət Abbasovanın kinoda ilk işidir. Film aktrisa Naibə Allahverdiyevanın kinoda ilk işidir. Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifi: Əkrəm Əylisli Quruluşçu rejissor: Tofiq İsmayılov Quruluşçu operator: Valeri Kərimov Quruluşçu rəssam: Kamil Nəcəfzadə Bəstəkar: Tofiq Quliyev Səs operatoru: Vladimir Savin Mahnıların mətni: Fikrət Qoca Rejissor: Yusif Əlizadə
Rollarda Məlahət Abbasova-Sürəyya Ülvi Məmmədov-Əli Yaşar Nuri-Musa Pyotr Qlebov-Kolya dayı Tofiq Mirzəyev-Məmməd Hacı İsmayılov-Qeysər Elmira Şabanova-Bəyaz xala Rza Xudiyev-Seyfəddin Emil Paşayev-Ququş Muxtar Avşarov-Kənd sakini Gündüz Abbasov-Gündüz Dadaş Kazımov-Kənd sakini Sofa Bəsirzadə-Kənd sakini Muxtar Maniyev Səidə Quliyeva-Müəllimə Tariyel Qasımov Naibə Allahverdiyeva-südçü qız
Şəkil
Mənbə Öz arvadını Moskvada başqasıyla tutan azərbaycanlı
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı
Xarici keçid Filmi izlə
Kateqoriya:1987-ci ilin Azərbaycan filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:Rusca filmlər Kateqoriya:SSRİ-nin dram filmləri