() — aləminin şöbəsinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Balkan yarımadasının dağ rayonlarında təbii halda bitir.

Botaniki xarakteristikası Hündürlüyü 20 m-ə qədərdir. Çox vaxt dağların yuxarı zolağında kol şəklində bitir. Çətiri konusvarı, qabığı hamar, boz-qonur və ya qırmızı-qonurdur. Cavan zoğları qalın (3–4 mm), çılpaq, yaşıldır, sonra boz və ya boz-qonur olur. Tumurcuqları yumurtavarı, ucu qısa, bizşəkilli, qatranlıdır, uzunluğu 5–10 mm, eni 2,5–4 mm-dir. Dəstəşəkilli iynəyarpaqları möhkəm, 5 ədəd, kənarları az dişli, boz, tünd yaşıl, açıq zolaqlıdır. Uzunluğu 6-10 sm, eni 0,75–1 mm olub, 3 ilə qədər budaqların üzərində qalır. Qozaları sallaq, silindirik, bərk oduncaqlı, qalın qabıqlıdır, 3-cü ili yetişir. Qısa saplaqlarda tək və ya bir neçə ədədi birlikdə yerləşir, uzunluğu 8-10 sm, qalınlığı 2,5-4 sm-dir. Toxumlarının rəngi qonur, uzunluğu 5–7 mm-dir. Qanadının uzunluğu 15 mm-ə qədərdir, 10-12 yaşında meyvə verir. Uzunsov silindirik, açıq-qonur qozaları budaqlarda uzun müddət qalır. Mədəni şəraitdə 1863-cü ildə becərilir. Qərbi Avropada çox vaxt dekorativ bitki olaraq parklarda, bəzən meşələrdə də təsadüf edilir. Mərdəkan Dendrarisində introduksiya olunmuşdur. İlk toxumvermə vaxtı 10 yaşından başlayır, toxumları sentyabrın əvvəllərində yetişir və tez tökülür. Qışa və kölgəyədavamlıdır, tez böyüyür, torpağa isə az tələbkardır. Göbələk xəstəliklərinə dözümlüdür.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:Avropa florası Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:20–24 ID olan Taksonbar