Hövz və ya Hovuz mahalı — Şirvan xanlığının inzibati ərazilərindən biri.

Tarixi Ağsu və İsmayıllı rayonlarının ərazisində mövcud olmuşdur.

Mahalın naibi Mərdan bəy idi.

Əhalisi Burada 1821-ci ildə 1 oba (Alpout) və 38 kənddə (Basqal, Zərgəran, Tircan, Pirəbülqasım, Keyvəndi, Mücülü, Sərdahar, Zərnava, Gəndəxanı, Biznan, Kürdivan, Tağlabiyan, Zeyvə, Hinqar, Bilistan, Nüydi, Kəlfərəc, Sulut, Kalva, Sarsura, Kiçitan, Muğanlı, Varna, Qalazeyvə, Göylüc, Şamdalan, Pirqaraçuxa, Bəyliyan, Girdə, Gürcivan, Yenikənd, Nuran, Zərqava, Xasıdərə, Şəbiyan, Surxanı, Çiyni, Acıdərə) 641 ailə yaşayırdı.Описание Ширванской провинции, 1867, Тифлис.

İqtisadiyyatı Hovuz mahalının sakinləri əkinçilik, bağçılıq, kömürçülük, ipəkçilik, kələğayı toxuculuğu, sərraclıq, çarvədarlıq, ticarət, misgərlik, dəmirçilik, papaqçılıq, dabbaqlıq, əyiricilik, xarratlıq, bənnalıq, boyaqçılıq, həkimliklə məşğul olurdular.

İstinadlar

Həmçinin bax Şirvan xanlığı

Xarici keçidlər

Kateqoriya:Şirvan xanlığının mahalları