() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Sinonimləri
Təbii yayılması Cənubda, Şimali Amerikada yayılmışdır.
Botaniki təsviri Düz dayanan gövdələri və uzunmüddətli (45 günədək) çiçəkləməsi olan, yarpağı tökülən koldur. Zoğları tükcüklü və çox möhkəmdir. Parlaq yaşıl yarpaqları orta ölçülü, uzunsov, mərkəzinədək bütöv, yuxarı hissəsində dişli, alt tərəfdən bir az tükcüklü və gümüşüdür. Bənövşəyi-çəhrayı çalarlı, möhkəm, ensiz-piramidal, uc çiçək qruplarına yığılmış çiçəkləri vardır. Çiçəkləri çox xırda, ancaq çox, konusşəkilli süpürgələri 10-18 sm-dir. Çiçək qrupunun uzunluğu becərilmə şəraitindən asılıdır. Çiçəkləməsi iyulda başlayır və yayın axırlarınadək davam edir. Meyvələri sentyabrda yetişir. Kol tez böyüyür və üç yaşından çiçəkləməyə başlayır.
Ekologiyası Qışa yüksək davamlılığa malikdir.
Azərbaycanda yayılması Respublikamızda bəzi rayonlarda mədəni şəraitdə becərilir.
İstifadəsi Gözəl, dekorativ koldur. Canlı hasarlarda park və bağlarda becərilir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Bitkilər Kateqoriya:30–34 ID olan Taksonbar