Talış — Azərbaycan Respublikasının Quba rayonunun Yerfi kənd inzibati ərazi dairəsində kənd. Yerfi bələdiyyəsinin tərkibindədir.
Toponimikası Talış oyk., sadə. Hacıqabul r-nunun Abdulyan i.ə.v.-də kənd. Kürün sahilində, Muğan düzündədir; İsmayıllı r-nunun Kürdmaşı i.ə.v.-də kənd. Dağətəyi ərazidədir; Baba- çayın sahilində, dağlıq ərazidədir; Şəmkir r-nunun Qaracəmirli i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. Hazırda; yerli əhali arasında Kommuna adı ilə də tanınır. İnqilabdan əvvəl Zeynal bəyə məxsus kənd olmuşdur. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Zeynal bəy ata-baba yurdundan qovulmuş və 20-ci illərdə burada kommuna yaradılmışdır. Bundan sonra kənd də qeyri-rəsmi olaraq Kommuna adlandırılmışdır. Lakin rəsmi olaraq kəndin adı mənbələrdə Talış kimi qeyd olunur; Tərtər r-nunun eyniadlı i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Kəndlərin adları talış etnonimi ilə əlaqədardır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 161 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax Quba rayonu Yerfi
Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Quba rayonunun kəndləri