() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Albaniya, Belçika, İngiltərə, Danimarka, Finlandiya, Fransa, İrlandiya, İsveçrə, İspaniya, Bosniya və Herseqovina, Monteneqro, Xorvatiya, Serbiya, Portuqaliya, Norveç, Polşa, Estoniya, Latviya və Litva, Rusiya, Belarus, Almaniya, Ukrayna, Gürcüstan, Ermənistan, Türkiyədə yayılmışdır. İlk dəfə Britaniya botaniki Ceyms Edvard Smit tərəfindən 1813-cü ildə təsvir edilmişdir.
Botaniki xarakteristikası Hündürlüyü 0,5-1,5 m olan, gövdəsi iynələrlə örtülmüş, yarpağı tökülən koldur. Yarpaqları mürəkkəb, oval və ya ellipsvari formalı, yumşaq, cüt dişli, boz-yaşıl rənglidir, alt tərəfi vəzicikli tükcüklərlə örtülmüşdür, növbəli yerləşir. Yarpaqların ətri qatranlıdır. İyun-iyulda çiçəkləyir. Çiçəkləri iri, tək və ya 2-3 ədəd çiçək qrupuna yığılmış, ləçəkləri dişli, rəngi çəhrayı və ya açıq bənövşəyidir. Meyvəsi vəzicikli-tükcüklü, şarşəkilli, qırmızı rəngli qozadır. Xromosomların sayı - 2n=28
Ekologiyası Quru, qayalı yamaclarda, otlaqlarda, meşə kənarında rast gəlinir.
Azərbaycanda yayılması Naxçıvan MR-da təbii halda yayılmışdır.
İstifadəsi Dekorativ bitki kimi becərilir. Meyvələrindən mürəbbə hazırlanır.
Sinonimləri Homotipik sinonimləri
Yarımnövləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ kollar Kateqoriya:Koreya florası Kateqoriya:Çin florası Kateqoriya:35–39 ID olan Taksonbar Kateqoriya:Dərman bitkiləri Kateqoriya:Yaponiya florası