thumb|200px|Avqust Böyük pontifik kimi(Via Labicana Augustus heykəli) Pontifik maksimus ( — "ən böyük körpü quran") və ya böyük pontifik. Qədim Romada Pontifiklər Kollegiyasında (Collegium Pontificum) ən yüksək rahib rütbəsi. Bu rütbə Qədim Roma dinində ən mühüm mövqe olaraq qəbul edilirdi. Eramızdan əvvəl 254-cü ildə bu mövqeyə plebeylərin də gəlməyə başlamasına qədər, sadəcə patrisilər gəlirdi. Erkən Roma Respublikasında dini bir status ikən, yavaş-yavaş siyasi xarakter daşımağa başladı (İmperator Avqustun dövründən etibarən) və axırda imperial kabinetə birləşdirildi. Tarixi sənədlər bu titulla Roma imperatorlarından, 375-383-cü illər arasında hökm sürmüş ən son İmperator Qratsianın çağrıldığını göstərirPontifex Maximus LacusCurtius retrieved August 15, 2006. Daha sonra imperator öz adının yanından bu titulu yığışdırmışdır"Gratian." Encyclopædia Britannica. 2008. Encyclopædia Britannica Online. 3 Feb. 2008 <http://www.britannica.com/eb/article-9037772 >.Pontifex Maximus Livius.org article by Jona Lendering retrieved August 15, 2006.

"Pontifeks" sözü daha sonralar Xristiyan yepiskopları tərəfindən istifadə edilməyə başlandı"In the matter of hierarchical nomenclature, one of the most striking instances is the adoption of the term pontifex for a bishop" (Paul Pascal: Medieval Uses of Antiquity in The Classical Journal, Vol. 61, No. 5 [Feb., 1966], pp. 193-197). (Roma Yepiskopu daxilEdictum Gratiani, Valentiani et Theodosii de fide catholica, 27 February 380; cf. The American Heritage Dictionary of the English Language: Fourth Edition. 2000: "Pontiff: 1a. The pope. b. A bishop. 2. A pontifex.") və "Pontifeks Maksimus" adı Roma Katolik Kilsəsində (baş yepiskop olan) Papanın tituluna tətbiq edilməyə başlandı. Bu titul Papanın rəsmi titullarından sayılmasa daAnnuario Pontificio (Libreria Editrice Vaticana, 2008 ISBN 978-88-209-8021-4), p. 23*, papaların Renesans və indiki dövrlərə aid binalarında, abidələrində və xırda pullarında öz əksini tapmaqdadır.

Etimologiya Lüğət mənası olaraq, pontifeks "körpü quran" (pons + facere); maximus da "ən böyük" deməkdir. Bu əvvəllər bəlkə də hərfi mənada istifadə olunurdu: qədim Romada körpü inşaatçısı olmaq ən əhəmiyyətli işlərdən sayılırdı, çünki qədim Romada ən böyük körpülər əsasən müqəddəs olaraq qə'bul edilən Tiber çayı üzərində inşa edilmişdi və ancaq xüsusi səlahiyyətli din xadimləri bu körpülərdəki mexanik yenilikləri "narahat etmə" hüququna malik idilər. Amma yenə də, bu söz (pontifeks) simvolik mə'nasinda da başa düşülürdü: (Van Heyperenə görə) pontifiklər tanrılarla insanlar arasında "körpü" quranlar idilər.

Digər tərəfdən, pontifeks sözü "yolları hazırlayanlar" mə'nasına da gələ bilər: tarixi Etrusk dilində pont "yol" deməkdir. Az bir qrup tədqiqatçının fikrinə görə bu söz Etrusk dilində tələffüz olaraq oxşar, amma etimoloji olaraq əlaqəsiz, "keşiş" mə'nasına gələn başqa sözdən törəmişdir.

İstinadlar

Mənbələr article Pontifex in Smith's Dictionary of Greek and Roman Antiquities List from republican times Annotated Pontifex Maximus list List of roman consuls (Fasti consulares) 300 BC-AD 60 at http://www.tyndale.cam.ac.uk/Egypt/ptolemies/chron/chronology.htm - in the list of consuls the column on the right (Pontifex Maximus) lists those that are known in this period. Catholic Encyclopedia: Pope, section V. Primacy of Honour: Titles and Insignia

Həmçinin bax

Kateqoriya:Qədim Roma Kateqoriya:Latın dilində sözlər və ifadələr Kateqoriya:Roma imperiyasındakı vəzifələr Kateqoriya:Xristian terminologiyası