Kərim xan Zənd (; ) — 1763-1779-cu illərdə hakimiyyətdə olmuş İran hökmdarı, İranın müvəqqəti vəkili.

Soyu və Ailəsi Atası, LəklərəA fourth pretender was Karim Khan, son of Aymak of the Zand, a section of Lak tribe, Sir Percy Molesworth Sykes, A History of Persi, Macmillan and co., limited, 1930, p. 277. One of the contenders for power was Karim Khan Zand, a member of the Lak tribe near Shiraz, William Marsden, Stephen Album, Marsden's Numismata orientalia illustrata, Attic Books, 1977, ISBN 978-0-915018-16-1, p. 158. Karim Khan, the founder of the Zand dynasty of Persia that succeeded the Afsharids, was himself born to a family of these Lak deportees (of the Zand tribe), Mehrdad R. Izady, The Kurds: A Concise Handbook, Taylor & Francis, 1992, ISBN 978-0-8448-1727-9, p. 12. Kurdish leader, Karim Khan Zand,..., Wadie Jwaideh, The Kurdish National Movement: Its Origins and Development, Syracuse University Press, 2006, ISBN 978-0-8156-3093-7, p. 17. Lokman I. Meho, Kelly L. Maglaughlin, Kurdish Culture and Society: An Annotated Bibliography, Greenwood Publishing Group, 2001. ISBN 978-0-313-31543-5, p. 308. ...the bulk of the evidence points to their being one of the northern Lur or Lak tribes, who may originally have been immigrants of Kurdish origin., Peter Avery, William Bayne Fisher, Gavin Hambly, Charles Melville (ed.), The Cambridge History of Iran: From Nadir Shah to the Islamic Republic, Cambridge University Press, 1991, ISBN 978-0-521-20095-0, p. 64. mənsub olan Zənd qəbiləsinin Zənd-i Begile şöbəsinə mənsub olan Aynaq Xan'dır. Anasıda Ağabikə (Ağabəyim) xanımdır. Qəbilənin başına keçmədən öncəsi həyatı barədə məlumat yoxdur. Afşarlar tərəfindən anayurdları olan Zaqros dağlıq bölgəsindəki Məlayir şəhərinin kəvşənindən Quzey Xorasan’nın Əbivərd’inə sürülen Zəndlər, Nadir Şah’ın öldürülmesindən sonra Kərim xan’ın liderliyi zamanında geçmiş yerlərinə dönmüşlər.

Həyatı Kərim Bəy, 1705-ci ildə Səfəvi imperiyasının bir hissəsi olan Pəri kəndində doğuldu. O, Aynaq Xan Zəndin böyük oğlu idi və 3 bacısı, Məhəmməd Sadiq xan adlı bir qardaşı və Zəki xan və İskəndər xan Zənd adlı iki ögey qardaşları vardı. 1722-ci ildə Səfəvi İmperiyası dağılmaq ərəfəsindəydi - İsfahan və mərkəzi və şərq torpaqları Hotaki sülaləsi tərəfindən işqal edilmişdi, Ruslar şimalındakı bir çox şəhəri fəth etdilər. Eyni zamanda Osmanlı İmperiyası, qərbi bölgələri ələ keçirdilər. Yerli xanlarla birlikdə Zəndlərə başçılıq edən Mehdi xan qüvvələrini təcavüz edənlərə qarşı birləşdirdi və özlərindən güclü müqavimət göstərdilər.

Fəaliyyəti thumb|450x450px|Kərim Xan Zəndin dərbarı 1748/49-cu ildə Kərim xan hərbi lider Zəkəriya Xanla müttəfiq oldu və Bəxtiyari başçısı Əlimərdan xan Bəxtiyari ilə toqquşdular, ilkdə döyüşü qazansalarda qısa müddətdə itki verdilər və məğlub oldular. Stratejik Gülpayigan şəhərindən geri çəkilməyə məcbur oldular. Şəhəri Əlimərdan xan ələ keçirildi.

1750-ci ilin yazında Əlimərdan xan keçmiş Səfəvi paytaxtı İsfahanı ələ keçirməyə çalışdı. İsfahanın hakimi Əbülfəth xan Bəxtiyariydi, lakin şəhərin yaxınlığındakı Murçexort şəhərində məğlub oldu. Ardından Gülpayigan'a döndü və bölgə müxaliflərə elçi göndərdi, o cümlədən Kərim xan və Zəkəriyyə xan da vardı, Onlar Əlimərdan xanın təklifini qəbul etdilər və qüvvələrini birləşdirdilər və bu da adamlarının sayısını 20.000-ə çatdırdı.

1750-ci ilin mayında İsfahanı mühasirə etdilər. valisi Əbülfəth Xan Bəxtiyari və digər sakinlər şəhər qalasını qorumaq üçün toplaşdılar, lakin Əli Mərdan Xanın uyğun barış təklifindən sonra müqavimətdən əl çəkib onlarla birlikdə hərəkət etməyə razılaşdılar. Əlimərdan xan, Əbülfəth xan və Kərim xanla birlikdə Səfəvi sülaləsini bərpa etmək məqsədiylə İranın qərbində bir ittifaq qurdular və 17 yaşlı Səfəvi şahzadəsi Əbu Torabi nayib olaraq hökmdar təyin edildi. 1750-ci ilin 29 iyununda Əbu Torab şah elan edildi və ona sülalə adı olaraq III İsmayıl ünvanı verildi.

İsfahanın fəthindən sonra, Əlimərdan xan özünü Vəkil-ü dəvlət ("dövlətin müavini" və ya regent) adı verdi və dövlət idarəçiliyin başçılığını əlinə aldı, Əbülfəth xan isə İsfahanın qubernatoru vəzifəsini qorudu, Kərim xan isə ölkənin baş sərdarı (Ali Baş Komandan) təyin edildi və hərbi hakim olaraq ona bölgə xanlıqları fəth etmək vəzifəsi verildi. Ancaq bir neçə ay sonra Kərim xan Kürdüstanda bir səfərdə olarkən Əlimərdan xan İsfahan sakinlərinə vəd etdiyi şərtləri pozmağa başladı. Daha sonra Əbülfəth xanı öldürməklə qurulan əhdləri pozdu və Kərim xanla məşvərət etmədən öz əmisini şəhərin yeni hakimi təyin etdi və Şiraz şəhərinə tərəf getdi və Fars əyalətini qarət etməyə başladı.

Şirazın tutulması ilə bütün Farsa və Cənub Şərqi İrana nəzarəti ələ keçirən Əlimərdan xan İsfahanı paytaxt elan etdi. Eyni zamanda Kərim xan da Həmədan, Qəzvin və Tehranı tutdu. Aparılan hərbi əməliyyatlar zamanı qazanılan uğurlar istər Kərim xanı, İstərsə də Əlimərdan xanı İranda mərkəzləşdirilmiş dövlətin yaradılmasına və İranda təkhakimiyyətliliyi bərqərar etməyə sövq edirdi.. Строева Л. В. Керим-хан Зенд и ханы. // Иран: история и современность. М.,Наука,1983.səh.122 Əlimərdan xan, müavinlərini əvəz etməyə başladı, ordusunu lazımi təchizatla təmin etmək üçün əhalidən ağır vergi aldı. Bu, ətrafındaki yaxınların və məmurların ondan uzaqlaşmasına səbəb oldu, Əlimərdan xanın əmriylə onların bir çoxunun gözü çıxarıldı. O Kazerunu talan etdikdən sonra İsfahana yola düşdü, lakin Xişt kəndinin başçısı olan Muzari Ali Xişti kamanderliyindəki yerəl partizanlar tərəfindən Kutal-e Duxtərın keçidində pusquya düşdü. Onlar Əlimərdanın mallarını talan etdilər və çoxlu qənimət ələ keçirdilər və 300 nəfəri öldürdülər. Qışa qədər Əlimərdanın qüvvələri onun bəzi adamlarının tərk etməsi səbəbindən daha da azalmışdı.

Hökmranlıq üzərində Əlimərdan Xanla müharibə Kərim xan 1751-ci ilin yanvarında İsfahana qayıtdıqdan və şəhərdə əmniyəti bərqərar etdi və bu Əlimərdan xan üçün vəziyyət daha da pisləşdi.

Qısa müddətdən sona Loristanda Kuhrəng bölgəsində aralarında bir döyüş baş verdi. döyüş heynində III İsmayıl və Zəkəriyyə xan (Əlimərdan xanın vəziri) bir neçə zabitlə birlikdə Əlimərdan xanı tərk etdilər. Nəticədə qalib gələn Kərim xan Əli Mərdanı və ordusunu geri çəkilməyə məcbur etdi. Adamlarının qalanları, Loristan valisi İsmayıl xan Feyli ilə birlikdə Xuzistana geri çəkildilər. Orada Əlimərdan xan, əsgərlərini gücləndirmək üçün Xuzistan valisi Şeyx Sə'd ilə ittifaq qurdu. 1752-ci ilin baharının sonlarında Əlimərdan xan, İsmayıl xan Feyli ilə birlikdə Kirmanşaha yürüş etdi. Kirmanşahı öz təsərrüfündə tutan Əbduləli xan və Mirza məhəmməd, Kərim xanın güclənməsindən və şəhərlərinə hücum etməsindən qorxurdular, ona görə Əlimərdan xandan kömək istədilər. Kərim xanın qüvvələri, qısa müddətdə onların düşərgəsinə hücum etdilər, amma məğlub olaraq geri çəkildilər. Daha sonra Əlimərdan xan Zəndlərin torpaqlarına ayaq basdı, Nəhavənd yaxınlığında Kərim xanla üzüzə gəldi. Ancaq Əlimərdan xan bir daha məğlub oldu və Osmanlı İmperyasının Bağdad şəhərinə qaçdı. Orada 1746-cı ildə Nadir şahın Osmanlılarla Kürdan müqaviləsini bağlamaq üçün Bağdada göndərilən keçmiş diplomatı Mustafa xan Bəydili Şamlu ilə ilgiyə keçdi. Birdə 1725-ci ildə Mir Mahmud Hotaki tərəfindən Səfəvi ailəsini qırğınında İsfahandan qaçmağı bacaran keçmiş Səfəvi şahı II Təhmasibın oğlu (1729-1732) də Bağdad şəhərindəydi. Bu, Əlimərdan xan, İsmayıl xan Feyli və Mustafa xanın Səfəvilər sülaləsini bərpa etmək üçün şahzadənin İrana qayıtması bəhanəsiylə özlərinində qayıtması üçün əsas fürsət yaratdı.

Bir il sonra, Əlimərdan xan 1753-cü ilin əvvəlllərində, Lurestanda bir ordu qurmağa başladılar ve Azad xan Əfqanın dəstəyini qazandılar. Bir neçə ay sonra Kərim xanın sərhədlərinə yürüş etdilər, amma Səfəvi şahı kimi elan edilən II Təhmasibın oğlu II Sultan Hüseyn yararsız bir namizəd kimi özünü göstərməyə başladı və bu onların gedişini zəyiflədib çoxlarının qaçmasıyla nəticələndi. Bu hadisədən sonra, Əli Mərdan və yandaşları II Sultan Hüseynin sülalə mənşəyini hərtərəfli yoxladıqdan sonra, onun həqiqi kimliyini ifşa etdilər və onun əslində Səfəvi nəslindən deyil, bir azərbaycanlı kişinin və bir erməni qadının oğlu olduğunu bildilər.

Əlimərdan xanın Kirmanşahdakı adamları, iki il Zənd qüvvələri tərəfindən mühasirəyə alındıqdan sonra təslim oldular və qüvvələr Kərim Xan tərəfindən pozuldu, Zəndlər Əlimərdan xanla qısa bir müddət sonra yenidən toqquşdular, ikinci dəfədə məğlub oldular və Kərim Xan Mustafa xanı əsir tutdu. Əlimərdan xan, II Sultan Hüseyni ilə birlikdə qaçmağı bacardı, amma çox keçmədən onun işə gəlmədiyini görən Əlimərdan xan, onun gözlərini kor edib İraqa göndərdi.

1754-cü ilin yazında Əlimərdan xan Kərim xanın iki qohumları, Məhəmməd xan Zənd və Şeyx Əli xan Zəndi əsir tutdu. Sonra onları Kirmanşah yaxınlığında bir düşərgəyə apardı və onlarla bir ittifaq qurmağa cəhd etdi amma nəticəsiz qaldı. İki Zənd rəisi, uyğun bir siqnalla birdən Əlimərdan xana hücum edərək onu öz xəncəriylə öldürdülər və sonra onun adamlarının atəşi altında at üstündə ordan qaçdılar.

Osmanlı İmperiyasıyla müharibə (1775–1776) thumb|Kərim Xan Zənd və Osmanlı elçisi Vəhbi Əfəndi 1762-ci ildən Süleyman Əbu Layla Paşanın vəfatından bəri, Baban Əmirliyi Kərim Xan Zəndə bağlı olan Ərdalanın valisi Xosrov Xanın təsiri altında getdikcə daha çox düşmüşdür. Bu səbəblə 1774-cü ildə Osmanlı İmperyasının İraq əyalətinin Məmlük valisi Ömər Paşa, Osmanlıya vassal olan Baban Əmirliyi işlərinə qarışmağa başladı. Bu, Ömər paşanı Baban hökmdarı Məhəmməd Paşanı(1765–1775) vəzifədən kənarlaşdırmağa və Abdullah Paşanı yeni hökmdar təyin etməyə məcbur etdi. Bu iş və Ömər Paşanın 1773-cü ildə İraqı təxrib edən vəba mərizliyi və vəba nəticəsində ölən İran zəvvarlarının mallarını ələ keçirməsi və bir də şiələrin müqəddəs şəhərləri Nəcəf və Kərbəlanı ziyarətə gələn İranlı zəvvarların daha çox ödəməyə məcbur etməsi, Kərim xana Osmanlılara qarşı müharibə elan etməsi üçün yaxşı bəhanə oldu.

Kərim xanın müharibə elan etməsinin başqa səbəbləri də varıydı, müqəddəs İmam Rza türbəsinin yerləşdiyi Məşhəd Zənd nəzarəti altında deyildi, buna görə də İraqın ziyarətgahları Kərim xan üçün daha çox əhəmiyyət kəsb edirdi. Zənd ordusu narazıydı və Zəki Xanın Hörmüz adasında alçaldıcı məğlubiyətindən sonra öz nüfuzlarını bərpa etməyə çalışırdı. daha önəmli olan, 1769-cu ildə Şərqi Hindistan Şirkəti, Bəsrə üçün Buşehr limanını tərk etdiyinə görə, Bəsrə limanı rəqabətli Buşehrə üstələmiş görkəmli bir ticarət limanı olmuşdu.

Əlimurad Xan Zənd və Nəzər Əli Xan Zəndin rəhbərliyindəki Zənd qüvvələri Kürdüstanda Paşa qüvvələriylə çatışdılar və onları məşğul saxladılar, Kərim Xanın ögey qardaşı Sadıq xan isə 30.000 nəfərlik bir orduyla 1775-ci ilin aprelində Bəsrəni mühasirəyə aldı. Bəsrə valisi ilə müttəfiq olan Ərəb qəbiləsi Müntəfiq, Sadıq Xanın Şəttül-Ərəbdən keçməsini gördükdə müqavimət etmədən geri çəkildilər, halbuki Banu Kaab və Buşehr Ərəbləri ona gəmi və təchizat təmin etdilər.

Bəsrə qalasının komandiri olan Süleyman Ağa Sadeıq Xanın qüvvələrinə qətiyyətlə müqavimət göstərdi və qalanı mühasirəyə saldı və bu bir ildən çox davam etdi. Şərqi Hindistan şirkətinə mənsub olan Henry Moore, Sadıq Xanın bəzi qaylqlarına hücum etdi və Şəttül-Ərəbi bloklamağa çalışdı və sonunda Bombaya yola düşdü. Bir neçə ay sonra, oktyabr ayında, Omanın bir qrup gəmisi, Bəsrəyə təchizat və hərbi yardım yetirdi və bu qüvvələrinin əhval-ruhiyyəsini əhəmiyyətli dərəcədə yüksətdi. Ancaq ertəsi gün Zəndlərin birləşmiş hücumu sarsıntı yaratdı - Oman gəmiləri itki verməmək üçün qışda Muskata geri çəkilməyi məcbur qaldı.

Bir müddət sonra Bağdaddan gələn gücləndirmələr, Zənd qüvvələriylə müttəfiq olan bir şiə Ərəb qəbiləsi olan Xaza'il tərəfindən geri dönməyə məcbur qaldılar. 1776-cı ilin yazında Sadıq Xanın mühasirəsi Bəsrəndə qıtlığa səbəb oldu. Bəsrə qüvvələrinin bir çox hissəsi Süleyman Ağanı tərk etdi. Qiyam riski şayiələri səbəbiylə Süleyman Ağanın təslim oldu(1776 aprel 16-da).