Əlimərdanlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Əlimərdanlı kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Oykonim əlimərdanlı nəslinin adını əks etdirir. Etnotoponimdir.

Tarixi Əlimərdanlı kəndi öz adını təqribən 1680-ci ildə Şəmsəddin mahalının Əmirli obasında anadan olan Əlimərdan adlı şəxsin adından götürmüşdür. Əlimərdanın Pənah, onun da Məhəmmədəli adlı oğlu olmuşdur. Məhəmmədəlinin İbrahim və Qara Əlimərdan adlı oğullarının adları məlumdur. İbrahimin Pənah və İsmayıl adlı oğlanlarının adları məlumdur. Pənahın Hüseyn, Həsən, Ələkbər, Ələsgər adlı oğulları və bir neçə qızı olub. Hüseynin Alı, Abbas, Qəhrəman adlı oğulları və bir neçə qızı olub. Məşhur el sənətkarı Aşıq Nəcəf Əlimərdanlı Alının oğludur. Aşıq Nəcəfin davamçısı onun böyük oğlu Şahniyarın oğlu Şair Məzahir Alıyevdir. Qara Əlimərdandan olanlar Murad, Xəlil, Murğuzalıdır. Muraddan olanlar Murad və Rəhimdir. Muraddan olanlar Nəsir və Bəşirdir. Rəhimdən olan Əlimərdan, ondan olan Paşa, Paşadan olan Muradov Qurbandır. Xəlilin nəvəsi Sovet İttifaqı Qəhrəmanı Mərdan Musayevdir. Murğuzalının nəvəsi əmək qəhrəmanı Məhərrəm Tağıyevdir.

Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi Kənd Tovuzçayın sahilində, Xunan düzündə yerləşir.

Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19992981142715542009↗3170↗1594↗1576

1925-ci ildə Səmədbəy, 1939-cu ildə isə Mansurlu kəndlərinin əhalisi bu kəndə köçürülmüşdür.

Tanınmış şəxsləri Aşıq Nəcəf Əlimərdanlı (1900–1946) — Aşıq, ifaçı. Mərdan Musayev (1907–1982) — Böyük Vətən müharibəsi iştirakçısı, Sovet İttifaqı Qəhrəmanı.

İqtisadiyyatı Kənddə bir vaxtlar konyak zavodu fəaliyyət göstərmişdir.

Mədəniyyəti Kənddə Əlimərdanlı kənd kitabxana filialı, Əlimərdanlı kənd Mədəniyyət Evi, Əlimərdanlı poçt şöbəsi (AZ6027) fəaliyyət göstərir.

Təhsil Kənddə Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta məktəbi fəaliyyət göstərir.

Bundan başqa kənddə Əlimərdanlı kənd körpələr evi–uşaq bağçası fəaliyyətdədir.

Din Kənddə 02 fevral 2010-cu ildə qeydiyyatdan keçən, şəhadətnamə nömrəsi 100110 A1–197 olan Əlimərdanlı kəndi "Həzrəti Fatimeyi–Zəhra" məscidi dini icması fəaliyyət göstərir.

Səhiyyə Kənddə Əlimərdanlı həkim məntəqəsi yerləşir.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Kateqoriya:Tovuz rayonunun kəndləri Kateqoriya:Əlimərdanlı kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri