Ördüc — Azərbaycan Respublikasının Quba rayonunun Qonaqkənd qəsəbə inzibati ərazi dairəsində kənd.
Toponimikası Ördüc oyk., sadə. Molt çayının (Gilgilçayın qolu) sahilində, Baş Qafqaz silsiləsinin yamacındadır. Əsl adı Ördüccədir. Orduc variantında da qeydə alınmışdır. Yaşayış məntəqəsini Qonaqkənddən çıxmış ailələr Ördüccə adlı yerdə salmışlar. Keçmişdə Ör- dücqışlaq da adlanmışdır. Yerli əhalinin dilində ördüc ardıc ağacına deyilir. Oykonim “ardıc ağacı bitən yer” mənasındadır. Kənd həqiqə¬tin də ardıc meşəsi yaxınlığmdadır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 208 nəfər əhali yaşayır. Kəndin əhalisini tatlar təşkil edir.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax Quba rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Quba rayonunun kəndləri