() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Çin, Koreya, Yaponiya və Monqolustanda yabanı halda bitir. Çindən bitki bütün dünyaya yayılmış, XIX əsrin axırlarında isə Rusiyaya çatmışdır.

Botaniki xarakteristikası Hündürlüyü 3 m olan, enli yumurtavari dağınıq çətirli koldur. Çoxillik budaqlarının qabığı boz-qonur rəngli olub, qalındır. Budaqları sıx keçə tükcüklüdür. Yarpaqları enli ellipsvari olub, 5 sm uzunluğundadır. Üstdən bozumtul-yaşıldır, payızda qırmızıdan sarı rəngə kimi müxtəlif çalarlarda olur. Çiçək tumurcuqları qısa saplaqlarda və ya budaqların üzərində yerləşir. Çiçəkləri çəhrayı, çiçəkləmənin axırlarında isə ağ rəngdə olur. Çiçəkləri mayın ortalarında və ya axırında yarpaqlarla birlikdə açılır. Meyvələri al qırmızı olub, 1 sm diametrindədir və qısa meyvə saplağına malikdir. Ləti sulu və zərifdir. Çəyirdəyi xırdadır və lətdən ayrılmır. Meyvələri polimorfdur.

Ekologiyası Çiçəkləri -30C-ə qədər soyuqlara dözür. Quraqlıq dövrlərdə meyvələri xırdalaşır, lakin tökülmür, uzun müddət bitkinin üzərində qalır.

Azərbaycanda yayılması Böyük Qafqazda təbii halda rast gəlinir. Azərbaycanda Nəbatət bağına introduksiya edilib.

İstifadəsi Meyvələri karbohidrogen, üzvi turşular, vitaminlərlə zəngindir. Onlarda vitamin C adi albalının sortlarına nisbətən 1,5-2 dəfə, dəmirin miqdarı isə almalarda olduğundan çoxdur. Bağı erkən yazda bəzəməsi və yayda meyvə verməsindən əlavə, sıx, şaxələnmiş salxımları canlı hasar, bordür yaratmaq, yamacları bərkitmək üçün yararlıdır.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Albalı Kateqoriya:Dekorativ kollar Kateqoriya:Meyvə ağacları Kateqoriya:Koreya florası Kateqoriya:Çin florası Kateqoriya:25–29 ID olan Taksonbar