() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Botaniki xarakteristikası Çoxillik ot bitkisidir. Kökümsovu qısa, tin-tindir, çoxsaylı uzunluğu 20 sm-ə qədər olan kökləri vardır. Barverməyən budaqları uzun, sərilən, torpaqda kök salmayandır, çiçəkləyən, yuxarı qalxan səriləndir, hamar və çılpaqdır. Yarpaqları qışda töküləndir, aşağı yarpaqları dəyirmi-yumurtaşəkilli və ya elliptik, orta yarpaqlar uzunsov və ya uzunsovneştərvaridir, uzunluğu (2) 3–4 sm, eni (5) 10–18 mm-dir, sivridir, qaidə hissəsi pazşəkilli, kənarları və damarları kələ-kötürdür, qısa saplaq üzərindədir. Çiçəkləri göy-bənövşəyi rəngdə olub, qoltuq çiçəkləridir. Çiçək saplağı çılpaq, yarpaqlardan uzundur və yaxud onlara bərabərdir. Tacın diametri (12) 16–20 mm-dir; onun dilimləri sivridir, elliptik və ya rombşəkillidir. Meyvəsi 3–4 sm uzunluqdadır, uzunsovdur, qövsşəkilli əyilmişdir, qarının yarıq hissəsindən açılandır. Toxumları tünd-qəhvəyi rəngdədir, uzunsovdur, qabarcıqlıdır. Aprel ayında çiçəkləyir, may-iyul aylarında meyvə verir.
Azərbaycanda yayılması BQ (Quba), BQ şərq, Qob., Abşer., Kür-Araz oval. (nadir halda), KQ şimal, KQ mərkəzi, KQ cənub, Nax. dağ., Lənk. dağ.
Yaşayış mühiti Otlu yamaclarda, kolluqlar arasında, meşə kənarında, rast gəlinir. Dağınıq haldadır.
Təsərrüfat əhəmiyyəti Xalq təbabətində qankəsici, yara sağaldıcı və s vasitə kimi istifadə olunur. Həmçinin diş ağrısı və ağız boşluğunun digər xəstəliklərində istifadə olunur.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Livan florası Kateqoriya:Qərbi Asiya florası Kateqoriya:Bolqarıstan florası Kateqoriya:Avropa florası Kateqoriya:Avstriya florası Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları