Skripkanın sərgüzəşti — Rejissor Şamil Mahmudbəyovun filmi.

Məzmun Kinopovestdəki hadisələr İkinci Dünya müharibəsi illərində Odessada cərəyan edir. Burada vətənpərvərlikdən, kütləvi qəhrəmanlıqdan, xalqlar dostluğundan, vətən üçün çətin dövrdə onun müdafiəsinə qalxmış gənc qəhrəmanların hünərindən danışılır. Eyni zamanda filmdə qəhrəmanların qiymətli skripkanı almanlardan qorumaları rəmzi səciyyə daşıyır. Bu, xoşbəxtliyin, musiqinin, xeyirxahlığın, sevincin qorunması, bütün bunların yenidən yaşadılması deməkdir.

Film haqqında Film yazıçı Firudin Ağayevin "Qardaşlar" povesti əsasında ekranlaşdırılmışdır.

Filmin heyəti

Film üzərində işləyənlər Ssenari müəllifi: Firudin Ağayev, Solomon Rozen Quruluşçu rejissor: Şamil Mahmudbəyov Quruluşçu operator: Rasim Ocaqov Quruluşçu rəssam: Elbəy Rzaquliyev Bəstəkar: Vasif Adıgözəlov Səs operatoru: Ağahüseyn Kərimov Rejissor: Ramiz Əliyev Qrim rəssamı: G. Koçarov Montaj edən: Nelli Mahmudova Rejissor assistenti: Adil İsmayılov Operator assistenti: S. Kaşiyev, Ələsgər Ələkbərov Rəssam assistenti: N. Viçina, L. İvanova Redaktor: Nataliya Şneyer, İntiqam Qasımzadə Çalır: Kinematoqrafiya Dövlət Simfonik Orkestri Filmin direktoru: Əli Məmmədov Əsərlərindən istifadə edilən bəstəkar: Volfqanq Amadey Motsart, Dmitri Şostakoviç

Rollarda Kamran Rəcəbli — Sabir İqor Suxanov — Saşa Pavel Kadoçnikov — Makovski Olev Eskola — Qofman İvan Kosıx — Besfamilnı Pavel Vinnik — Şkil Alla Panova — Lena Nina Menşikova — Nadejda İvanovna Şahmar Ələkbərov — Davud Gennadi Yuxtin — Zaxarçenko Nikolay Barmin Sergey Yurtaykin R. Nərimanbəyov S. Babin N. Dikanski A. Duminiko N. Radetskaya N. İbadov Vladimir Plotnikov

Filmi səsləndirənlər Məmmədrza Şeyxzamanov — odessalı (titrlərdə yoxdur) Yusif Vəliyev — Besfamilnı (İvan Kosıx) (titrlərdə yoxdur) Muxtar Maniyev — alman zabiti (titrlərdə yoxdur) Dadaş Kazımov — Şkil (Pavel Vinnik) (titrlərdə yoxdur) Səməndər Rzayev — Makovski (Pavel Kadoçnikov) (titrlərdə yoxdur) Həsənağa Turabov — ştandartanfürer (titrlərdə yoxdur) Ofeliya Sənani — Morqaçova (titrlərdə yoxdur) Əminə Yusifqızı — Nadejda İvanovna (Nina Menşikova) (titrlərdə yoxdur) Əzizağa Qasımov — rus (titrlərdə yoxdur) Bahadur Əliyev — Zaxarçenko (Gennadi Yuxtin) (titrlərdə yoxdur)

Mənbə Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 257; 512. M. Əmrahov. "Müharibə illərinin kino salnaməsi (1941–1945-ci illər)". //Təhsil, mədəniyyət, incəsənət.- 2004.- № 1.- səh. 126–129. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 220; 227–230; 232.

İstinadlar

Xarici keçidlər Filmi izlə

Kateqoriya:1972-ci ilin Azərbaycan filmləri Kateqoriya:Döyüş filmləri Kateqoriya:Macəra filmləri Kateqoriya:İkinci Dünya müharibəsi haqqında filmlər Kateqoriya:Uşaq filmləri Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:Şamil Mahmudbəyovun filmləri Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:1972-ci ilin SSRİ filmləri Kateqoriya:SSRİ-nin dram filmləri Kateqoriya:SSRİ-nin uşaq filmləri Kateqoriya:Azərbaycanca filmlər