() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Uzaq Şərq, Çin, Koreyada yayılmışdır.

Botaniki xarakteristikası Kolun hündürlüyü 2 m olub, sıx budaqlara malikdir. Cavan kolların qabığı qırmızımtıl, qəhvəyi, sonradan boz və ya bozumtul-qonur olub, soyulandır. Yarpaqları uzunsov-ellips formalı, 3-6 sm uzunluqda, xırda mişardişlidir. Üst tərəfdən səpələnmiş ulduzvari tüklərə malik, alt tərəfdən isə çılpaqdır. Saplaqları 2-6 mm uzunluqdadır. Çiçək qrupu seyrək, süpürgə şəklindədir. Çiçəkləri ağ, 1,5 sm diametrindədir. Kasacığı çılpaqdır. Kasayarpaqları qısa, enli, yumurtavaridir. Ləçəkləri dairəvidir. Erkəkciyin teli üst tərəfdən sıxılmışdır. Sütuncuqları 3 ədəd olub, erkəkciklərə bərabərdir. İyun ayında çiçəkləyir, oktyabr ayında isə meyvə verir. Toxumlarla çoxalır. Təbii halda zəif bərpa olunur.

Ekologiyası Bu növ nəmişli, qayalıqlı yamaclarda, kölgədə bitir. Quraqlığa, zəhərli qazlara və tüstüyə davamlı, zərərvericilərlə demək olar ki, zədələnmir. Müntəzəm olaraq suvarmaya və gübrəyə ehtiyacı vardır. Qışa davamlıdır, cücərtilərin üstü qışda örtülməlidir. Qələmlərin 92%-i kök əmələ gətirir.

Azərbaycanda yayılması Böyük Qafqazda rast gəlinir.

İstifadəsi Canlı çəpərlərin salınmasında geniş istifadə edilir.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dekorativ kollar Kateqoriya:1829-cu ildə təsvir edilən bitkilər Kateqoriya:Koreya florası Kateqoriya:Rusiya florası Kateqoriya:Çin florası Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:Yaponiya florası