() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Botaniki xarakteristikası Hündürlüyü 5-17 sm, gövdəsi tək və ya bir neçə sayda, zəif və sıx tüklü, qısa kökümsovları olan çoxillik ot bitkisidir. Çiçəkli gövdəsi yarpaqsızdır və eni 10 mm olan tək səbəti vardır. Köküstü rozetdə yerləşmiş yarpaqlar belşəkillidir, əksinəyumurtaşəkilli, bəzən kənarları dəyirmi dişli və yaxud tamkənarlıdır, uc hissəsi küt və saplağa daralmışdır. Qın yarpaqcıqları uzunsov, küt, tükcüklü və qaramtıl rəngdədir. Dilcikləri iki dəfə qından uzundur, ağ rənglidir, sonu çəhrayıdır. Çiçək yatağı qabarıqdır. Toxumları əksinəyumurtaşəkilli və çılpaqdır, kəkilsizdir, uzunluğu 1 mm-ə qədərdir. May-iyun aylarında çiçəkləyir, iyun-iyul aylarında meyvə verir.
Azərbaycanda yayılması BQ (Quba), KQ şimal, KQ mərkəzi. Aşağı və orta dağ qurşağında.
Yaşayış mühiti Meşələrdə, talalarda, çəmənliklərdə rast gəlinir.
Təsərrüfat əhəmiyyəti Dekorativ əhəmiyyətli bitkidir.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Şimali Afrika florası Kateqoriya:Avrasiya florası Kateqoriya:40+ ID olan Taksonbar Kateqoriya:Bağ bitkiləri Kateqoriya:Türkiyə florası Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları Kateqoriya:Avropanın dərman bitkiləri