Ağzıbir — Göyçə mahalının Kəvər rayonunda kənd.
Tarixi Ağzıbir İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Kəvər (Kamo) rayonunda kənd. Rayon mərkəzindən 15 km şimal-şərqdə, Göyçə gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdirД. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913, стр. 5.
Toponim "tək bir çıxacağı olan yer" "kiçik dağ yolu" mənasında işlənən ağzıbir sözü əsasında359, I(1), s.67; 9, s.39 formalaşmışdır. Kənd adını yerləşdiyi əraziyə görə almışdır.
Toponimin yaranması Göyçə gölünə yalnız quru ilə çıxışı (ağzı) olan yarımada ilə bağlıdır.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7 dekabr 1945-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib Lçap ("Acap") qoyulmuşdur.
Əhalisi Kənddə 1831-ci ildə 108 nəfər, 1873-cü ildə 380 nəfər, 1886-cı ildə 557 nəfər, 1897-ci ildə 696, 1904-cü ildə 755, 1914-cü ildə 1068, 1916-cı ildə 917 nəfər yalnız azərbaycanlı yaşamışdırQorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s. 68–69, 144–145. 1918-ci ildə Kəndin əhalisi ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişlər.
Kənddə 1922-ci ildə 327 nəfər azərbaycanlı yaşamışdırQorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.145. 1922–26-cı illərdə kənddə ermənilər yerləşdirilmiş və azərbaycanlılar sıxışdırılmışdır. 1926-cı ildə kənddə 165 nəfər azərbaycanlı, 276 erməni, 1931-ci ildə 295 nəfər azərbaycanlı, 365 erməniQorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.69, 145, 1947-ci ildə 600 nəfər azərbaycanlı yaşamışdır. Azərbaycanlılar SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-ci ildə Azərbaycanın Ağdaş rayonuna köçürülmüşdür. O vaxtdan kənddə yalnız ermənilər yaşayır.
Agzıbir – 1918-ci il. 755 nəfər yaşamışdır. Agzıbir daşnakların yeritdiyi əsil genosid siyasətinin alovlandıgı nöqtələrdən biri olmuşdurAzərbaycan tarixi sənədlər və nəşrlər üzrə… s.220.
Görkəmli şəxsiyyətləri Süleyman Əhmədov (şəhid) — batolyon komandiri Həbib Rəhimoğlu (d.1922 — v.2004) — Ermənistanın əməkdar jurnalisti. Mehdi Həsənov (yazıçı)
İstinadlar
Xarici keçidlər http://karabakh-doc.azerall.info/ru/azerpeople/ap069az-2.php
Kateqoriya:Göyçə kəndləri