() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Çində, Yaponiyada, Koreyada, Saxalində meşələrdə, dəniz səviyyəsindən 1300–1400 m hündürlükdə bitən lianadır.
Botaniki xarakteristikası 15 m hündürlüyə çatan sarmaşan bitkidir. Yarpaqları müxtəlif çalarlı; əvvəl bürüncü, sonra yaşıl, çiçəkləyəndə ağ-alabəzək, payızda narıncı-bənövşəyi, daha sonra qızaran moruğu-qırmızı rəngli iri kürəvari olur. Çiçəkləri ağ və çəhrayı rəngdə, ətirlidir. Zoğ üzərində tək-tək və ya seyrək salxımlarda yerləşir, ikievli bitkidir. Erkəkcikli çiçəkləri dişicikli çiçəklərdən kəskin seçilir. Erkəkcikli çiçəkləri dişicikli çiçəklərdən kəskin seçilir. Erkəkcikli çiçəkləri kiçik, 50–60 tozcuqdan ibarət olub, dişicikli çiçəklər isə iridir. İyunun ikinci ongünlüyündə çiçəkləyir. Çiçəkləmə müddəti 20 gün davam edir. Meyvəsi giləmeyvədir. Açıq-şabalıdı, narıncı, sarı və yaşıl meyvələri uzunsov, silindrik, yumurtavari və yumru formadadır, uzunluğu 2–7 sm, eni 1–3 sm olur. Meyvələri sentyabrın ortalarında yetişir. Hər meyvədə çoxlu tünd-şabalıdı, yaxud açıq-qara toxumu olur. Vegetativ yolla yaxşı çoxalır.
Ekologiyası Şaxtaya, rütubətə davamlı, torpağa az tələbkardır. Əlverişli şəraitdə 80–100 ilədək yaşayır.
Azərbaycanda yayılması Cənub bölgəsində, Qubada mədəni şəraitdə becərilir.
İstifadəsi Şəhər və qəsəbələrin şaquli yaşıllıqlarında istfadə oluna bilər. Meyvələr üzvi turşularla, şəkər və C vitamini ilə zəngindir. Ondan şirə, kompot, mürəbbə, cem, püre və s. hazırlanır.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ kollar Kateqoriya:Yaponiya meyvələri Kateqoriya:Koreya florası Kateqoriya:Çin florası Kateqoriya:Bitkilər Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Yeməli vəhşi bitkilər