Göysu — Göyçə mahalının Basarkeçər rayonunda kənd.
Tarixi Irəvan quberniyasının Novobayazid qəzasında kənd adı.
Əslində "köy" (kənd) və "su" (çay) sözlərindən ibarətdir.
"Çay kənd" mənasındadır.
Kənd rayon mərkəzi Basarkeçərdən 23 km məsafədə yerləşir.
Əhalisi Kənddə 1897-ci ildə 187 nəfər, 1908-ci ildə 233 nəfər, 1914-cü ildə 360 nəfər, 1916-cı ildə 284 nəfər azərbaycanlı yaşamışdırКоркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) . Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.26–27, 110–111. 1918–1919-cu illərdə ermənilər tərəfindən azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar 1922–1924-cü illərdə ata-baba torpaqlarına qayıda bilmişlər. 1926-cı ildə burada 143, 1931-ci ildə 215 nəfərКоркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) . Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.26–27, 110–111, 1939-cu ildə 314 nəfər, 1959-cu ildə 264 nəfər, 1970-ci ildə 396 nəfər, 1979-cu ildə 531 nəfərHakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.896 azərbaycanlı yaşamışdır. 1988-ci ildə azərbaycanlılar Ermənistan dövləti tərəfindən yenidən tarixi�etnik vətənlərindən qovulmuşlar. İndi burada ermənilər yaşayır.
İqtisadiyyatı Əkinçilik və heyvandalıq
İstinadlar
Kateqoriya:Göyçə kəndləri Kateqoriya:Geğarkunik mərzinin yaşayış məntəqələri