Məğlubedilməz 4.0 — 2007-ci ildə istehsal olunmuş döyüş filmi.

Qısa məzmun

Dünyanı yenə də yeni terror dalğası bürüyüb. Ümumdünya kompüter şəbəkəsi terrorçuların əlindədir. Hükumət və xüsusi xidmət orqanları gücsüzdür. Con Makleyn yenə də terrorçularla mübarizəyə qalxır. O, uzun müddətdir ki, istefadadır. Amma bu dəfə söhbət onun ailə üzvlərinin həyatından gedir.

Film haqqında

Brüs Uillisin dublyoru Larri Rippenkrüger çəkiliş zamanı səkkizmetrlik hündürlükdən yıxılaraq ciddi xəsarət alıb. Çəkilişlər təxirə salınıb və Larri bir neçə ay klinikada yatıb. Onun çilik-çilik olmuş bilək, sifət və kəllə sümüklərini titan protezlərlə əvəz ediblər. Con MakKleynin qızını oynamaq üçün sınaq çəkilişlərinə gələn Cessika Simpson işin öhdəsindən gələ bilməyib. Castin Timberleyk filmə çəkilmək üçün danışıqlar aparırmış. Onun Con MakKleynin oğlunu oynayacağı gözlənilirdi. Mettin klaviaturasının üzərinə Terminator fiquru düşür. Bu, bəstəkar Marko Beltrami və icraçı prodüser Uilyam Uişerə olan bir işarədir. Birinci "Terminator 3" filminə musiqi bəstələyib, ikinci isə ilk iki "Terminator" filmi üzərində çalışıb. FBİ agenti formasını geyinən Mey Linin işlətdiyi "Tovarek" adı polyak dilindədir və mənası "ehtiraslı qadın" kimi tərcümə oluna bilər. Çəkiliş prosesi 23 sentyabr 2006-cı ildə başlayıb və 14 fevral 2007-ci ildə başa çatıb. İstinadlar

Kateqoriya:ABŞ filmləri Kateqoriya:2007-ci ilin filmləri Kateqoriya:20th Century Fox filmləri Kateqoriya:ABŞ-nin döyüş triller filmləri Kateqoriya:Vaşinqton şəhəri haqqında filmlər Kateqoriya:İnformatika haqqında filmlər Kateqoriya:2007-ci ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin sikvel filmləri Kateqoriya:İngiliscə dost komediya filmləri Kateqoriya:Nyu-York haqqında filmlər Kateqoriya:İngilis dilində cinayət filmləri Kateqoriya:FTB haqqında filmlər Kateqoriya:Terrorizm haqqında filmlər Kateqoriya:Ata-qız münasibətlərindən bəhs edən filmlər Kateqoriya:ABŞ-nin soyğun filmləri Kateqoriya:2000-ci illərin ingilis dilli filmləri Kateqoriya:Bir neçə əsər əsasında çəkilmiş filmlər Kateqoriya:İngilis dilində döyüş filmləri Kateqoriya:Dune Entertainment filmləri Kateqoriya:Riçard Nikson haqqında mədəni təsvirlər Kateqoriya:Vaşinqtonda çəkilən filmlər Kateqoriya:İngiliscə triller filmləri Kateqoriya:2007-ci ilin döyüş-triller filmləri Kateqoriya:Bəstəkar Marko Beltraminin filmləri Kateqoriya:Böyük Britaniya filmləri