Apokalipsis () — 2006-cı ildə Mel Gibsonun rejissorluğu ilə çəkilmiş ABŞ tarixi epik film.
Film haqqında Meksikada yağan aramsız yağışlar filmin relizinin 4 mart 2006-cı il tarixindən 8 dekabr 2006-cı il tarixinə keçirilməsinə səbəb oldu. Meksika meşələrinin iqlimi çəkiliş komandasını rəqəmsal avadanlıqları gözlənilməz yağmurlardan müdafiə üsullarını düşünməyə məcbur edir. Əsas rolların əksəriyyətini o vaxtadək kamera görməmiş Mayya hindularının xələfləri ifa etdilər. Filmin afişasındakı obraz Yaquar Pəncəsi deyil; onun başlıca düşmənlərindən biri olan Orta Gözdür. Filmin Maya İncili adlanan və ispan missionerlərinin Mayya haqqında yazılarından ilhamlandığı bildirilir. Şəlalədən tullanma kimi təklükəli səhnəni Rudi Yanqblad sərbəst şəkildə özü yerinə yetirib. O, təhlükəsizlik kəmərinin köməyilə Verakrusdakı binanın 15-ci mərtəbəsindən tullanıb, sonra isə kompüter vasitəsilə bu epizodu şəlalə səhnəsinə əlavə ediblər. Mifik qəhrəman obrazı üçün kastinq keçirən Mel Gibsonun diqqətini Rudi Yanqblad çəkmişdi. Qəhrəmanlar mayya dilinin Yukatan dialektində danışırdılar. Çəkiliş qrupuna Mayya dili müəllimləri daxil edilmişdilər. Öz replikasını dinləyib tələffüz etmək üçün hər bir aktyorun öz pleyeri var idi. Çəkilişlər Verakrus və Katemakoda aparılırdı. Aktyorlar müstəsna olaraq Amerikanın yerli sakinləri idilər. Onların hamısı mayyalı olmasa da, Amerikanın müxtəlif hindu tayfalarının nümayəndələri idilər. Kastinqlər Meksika, ABŞ və Kanadada keçirilirdi.
İstinadlar
Kateqoriya:2006-cı ilin filmləri Kateqoriya:ABŞ filmləri Kateqoriya:Mel Gibsonun filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:XVI əsr haqqında tarixi filmlər Kateqoriya:2006-cı ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin təqib filmləri Kateqoriya:ABŞ-nin epik filmləri Kateqoriya:ABŞ-nin həyatda qalma filmləri Kateqoriya:ABŞ-nin macəra dram filmləri Kateqoriya:ABŞ-nin döyüş-macəra filmləri Kateqoriya:Amerikanın yerli əhalisi haqqında filmlər Kateqoriya:Touchstone Pictures filmləri Kateqoriya:Scanbox Entertainment filmləri Kateqoriya:2000-ci illərin hamiləlik haqqında filmləri Kateqoriya:Adam oğurluğu haqqında filmlər Kateqoriya:20th Century Fox filmləri Kateqoriya:Dramlar Kateqoriya:ABŞ-nin hamiləlik haqqında filmləri Kateqoriya:Kinematoqrafda irq mübahisələri Kateqoriya:Icon Productions filmləri Kateqoriya:2000-ci illərin təqib filmləri Kateqoriya:2000-ci illərin dram macəra filmləri Kateqoriya:Mayya