Muxtar Bahadur oğlu Babayev () — Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi (2025-ci ildən), 2018–2025-ci illərdə Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri,Muxtar Babayev — Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirliyinin rəsmi veb saytı — 20 oktyabr, 2019-cu ildə arxivləşdirilib. Azərbaycan Respublikasının Milli Məclisi IV və V çağırış deputatı, Azərbaycan Alpinizm Federasiyasının və COP29-un prezidenti.
Həyatı Muxtar Bahadur oğlu Babayev 1967-ci il, 16 oktyabr tarixində Bakı şəhərində anadan olub. 1984-cü ildə Bakı şəhərində orta məktəbi bitirmişdir.
1986–1988-ci illərdə hərbi xidmətdə olub. 1991-ci ildə Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin politologiya ixtisasını bitirib. 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Xarici iqtisadi əlaqələr ixtisasını bitirib.
2000-ci ildə Ümum-Rusiya Xarici Ticarət Akademiyasının "Dünya iqtisadiyyatı" ixtisasını bitirib.
1991–1992-ci illərdə Azərbaycan Respublikasının Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində çalışıb.
1992–1993-cü illərdə Azərbaycan Respublikası Xarici İqtisadi Əlaqələr Nazirliyində işləyib. 1994–2003-cü illərdə SOCAR-ın Xarici İqtisadi Əlaqələr İdarəsində, 2003–2007-ci illərdə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində çalışıb. 2007–2010-cu illərdə SOCAR-ın Ekologiya üzrə vitse-prezident vəzifəsində işləyib. 2010–2018-ci illərdə SOCAR-ın "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri vəzifəsində çalışıb.
2010 və 2015-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin IV və V çağırış deputatı seçilib. 7 dekabr 2010-cu ildə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü seçilib.
2018-ci ilin aprelin 23-də Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri təyin edilib. və 5 fevral 2025-ci ilədək bu vəzifədə işləyib.M. B. Babayevin Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. İstifadə tarixi: 06.02.2025 Prezidentin digər sərəncamı ilə həmin tarixdə Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
2024-cü ilin yanvarın 7-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının Prezidenti təyin olunub.
Təltifləri "Tərəqqi" medalı — 19 sentyabr 2012"Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2012-ci il tarixli 672 nömrəli Sərəncamı. — 3 aprel, 2018-ci ildə arxivləşdirilib.. "Şöhrət" ordeni — 7 noyabr 2017"Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 7 noyabr, 2017-ci il tarixli 3367 nömrəli Sərəncamı 13 oktyabr, 2018-ci ildə arxivləşdirilib..
İstinadlar
Kateqoriya:Azərbaycan Milli Məclisinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin V çağırış deputatları Kateqoriya:Azərbaycan Alpinizm Federasiyasının prezidentləri Kateqoriya:Azərbaycanın ekologiya və təbii sərvətlər nazirləri