Xaç Atası () — rejissor Frensis Ford Koppolanın mafiya dram filmi, Mario Püzonun 1969-cu ildə işıq üzü görmüş eyniadlı romanının ekranlaşması. Filmin şüarı: "Rədd edilməsi mümkün olmayan təklif" olmuşdu. Amerika Film İnstitutunun () qərarına əsasən ən yaxşı qanqster filmi və kinematoqrafiya tarixinin ən yaxşı filmlərindən biri hesab olunur. IMDb-nin 250 ən yaxşı film siyahısına daxil olmuşdur.
Məzmun
"Xaç atası" filmi Nyu-York-Siciliya mafioz ailəsi Korleonedən bəhs edir. Bu film 1945–1955-ci illər arasında olan hadisələri əhatə edir. Film 1945-ci ildə don Vito Korleonenin (Marlon Brando) evində təşkil olunmuş şənliklə başlayır. Bu, Korleonenin qızı Konni (Talia Şayr) və Karlo Rissinin (Canni Russo) toy məclisi idi. Bu zaman "Xaç atası" kimi tanınan və Korleone mafioz qrupunun başçısı Vito və ailənin şəxsi hüquqşünası Tom Hagen (Robert Düvall) təbriklər qəbul edirlər və eləcə də dost və həmkarların xahişlərini dinləyirlər. Xahişə gələnlər çox gözəl bilirdilər ki, heç bir siciliyalı öz qızının toyunda kiminsə sözünü yerə salmaz. Bu vaxtlar donun sevimli kiçik oğlu, İkinci dünya müharibəsi qəhrəmanı Maykl (Al Paçino) öz dostu Key Adamsa (Dayan Kiton) öz atasının cinayət aləmində tanındığı haqqında danışır. Lakin Maykl qətiyyətlə bildirir ki, özünün ailəsinə qətiyyən heç bir oxşarlığı yoxdur.
Gələn qonaqlar arasında həm də Vito Korleonenin xaç oğulluğu, Hollivuddan təzə gəlmiş müğənni Conni Fonteyn (Al Martino) də var. O, dondan xahiş edir ki, itən şöhrətini yenidən qaytarmaq üçün təzə çəkilişlərinə başlanılmış bir filmdə rol almasına kömək etsin. Conni deyir ki, kinostudiyanın rəhbəri Cek Vols (Con Marli) ona rol vermir. Korleone bu problemi həll etmək üçün Hageni Kaliforniyaya göndərir. Cek Vols qətiyyətlə Hagenə deyir ki, heç bir vəchlə Fonteynə rol verməyəcək. Çünki Fonteyn onun sevgilisini əlindən alıb. Korleone ailəsinə etdiyi etiraza görə Vols səhər yuxudan duranda yatağının qan içində olduğunu görür: onun 600.000 dollarlıq sevimli atının başı kəsilərək yatağına qoyulmuşdu.
Hagenin qayıdışından sonra ailə Tattaliya ailəsinə qarşı rəqabət aparmaq üçün Vörcil Solosso (Al Lettyeri) ilə görüşür. O, don Korleoneyə heroin idxalına pul qoymağı, eləcə də bu işdə diplomatik və hüquqi müdafiəni təmin etməyi təklif edir. Lakin Korleone onun diplomatik nüfuzuna təhlükə törədə biləcəyini düşünərək narkotiklərlə bağlı çirkli işlərə girməyəcəyini deyir. Korleonenin oğlu Sonni bu işin Tattaliya ailəsilə əməkdaşlıq etdikləri zaman mümkün olacağını deyir. Don Vito yaranmış bu ciddi fikir ayrılığına görə Sonnini təklikdə tənbeh edir və daha sonra ən yaxşı döyüşçüsü olan Luka Brazini (Lenni Montana) hər şeyi yerli-yataqlı öyrənməyə göndərir.
Küçədə gedərkən don Korleoneyə sui-qəsd təşkil olunur. Ona tapançadan atəş açılır. Solosso və Tattaliya, Brazini öldürür və Sonniyə sazişi qəbul etmək barədə söz çatdırmaq üçün Hageni oğurlayırlar. Qəzəblənmiş Sonni təklifdən imtina edir və Tattaliya ailəsinə ultimatum göndərir: ya Solossonu ona verməlidir, ya da Korleone ailəsi müharibə yoluna əl atacaq. Tattaliya etiraz edir və bununla bərabər Santinoya Brazinin ölüm sübutunu göndərir.
Bir gün Maykl xəstəxanaya atasına baş çəkməyə gedir və bu zaman ona məlum olur ki, atasını qorumaq üçün xəstəxanada heç bir mühafizə təşkil olunmamışdır. Atasına yenidən sui-qəsd ediləcəyini düşünən Maykl don Korleonenin yatdığı palatanı dəyişdirir. Özü isə qapıdan çölü izləməyə başlayır. Özünü dona borclu bilən Enzo mühafizəni xəstəxananın artırmasında təsvir edərək Korleoneni öldürməyə gələn Solossonun adamlarının fikirlərini yayındırır. Onların ardınca kapitan Mark Makklaskinin (Sterlinq Heyden) rəhbərliyi ilə polis dəstəsi gəlir. Onlar Mayklı Solosso ilə əlaqədə olmağında ittiham edərək onun sifətinə möhkəm bir zərbə ilişdirirlər. Bundan dərhal sonra Hagen, Korleone üçün nəzərdə tutulmuş mühafizə xidməti əməkdaşları ilə xəstəxananın qarşısına təşrif gətirir. Sonni onların Bruno Tattaliyanı öldürdüyü barədə Maykla xəbər çatdırır. Beləcə, ailə başçılarının oğulları arasında "müharibə" başlayır.
Solosso Maykl Korleone ilə görüşmək istədiyini bildirir və Makklaskini öldürəcəyinə söz verir. Bu Sonni və Klemensoya müsbət təsir bağışlayır. Lakin Maykl onları ciddiyyətlə inandırır ki, burada şəxsi heç nə yoxdur. Bu yalnız və yalnız biznesdir. Solosso ilə görüşü zamanı Maykl ayaqyoluna getməyi bəhanə gətirir və ora gedir. Oradan gizlədilmiş tapançanı götürərək geri qayıdır. Maykl Solosso və Makklaskini güllələyir. Bundan sonra Siciliyaya gedir. Beləcə Korleone ailəsinin birləşmiş digər 5 ailəyə qarşı olan mübarizəsi ən qızğın çağlarını yaşamağa başlayır. Maykl Siciliyada don Korleonenin köhnə dostlarından olan don Tomazinonun (Korrado Qaypa) himayəsi altında yaşayır. O, orada Appoloniya (Simonetta Stefanelli) adlı bir yerli qıza aşiq olur və onunla evlənir. Bu evlilikdən çox keçməmiş Appoloniya maşın sürmək öyrənir. Bir gün həmin maşına Mayklı öldürmək üçün bomba qoyulur, lakin maşına Maykldan əvvəl minən və onu işə salan Appoloniya partlayış nəticəsində həlak olur. Və beləliklə, Maykl ölümdən xilas olur.
Nyu-Yorkda don Korleone xəstəxanadan evə buraxılır və Mayklın Solosso və Makklaskini öldürdüyündən xəbər tutur. Bir neçə ay sonra – 1948-ci ildə Karlo arvadı Konni Rissini hamilə olduğu üçün vəhşicəsinə döyür. Daha sonra isə xəbərdarlıq edir ki, bu bir də təkrar olunsa, onu öldürəcək. Bu hal bir də təkrar olunanda Sonni bundan xəbər tutur. Qəzəblənmiş Sonni özünü bacısının yanına çatdırmaq üçün yola düşür, ancaq şlaqbaumdan keçməmiş onu Tattaliya ailəsinin adamları güllələyirlər.
right|250px|thumb|Siciliyanın Savoka kommunasında yerləşən və filmin bəzi səhnələrində görünən Vitellinin barı Don Korleone bu müharibəyə son qoymaq məqsədilə 5 ailə başçıları və nümayəndələri ilə bir yerdə görüş keçirir. Bu işi görməkdə don Korleone həm nahaq qana son qoymaq, həm də Mayklın sağ-salamat evə qayıda bilməsini təmin etmək istəyirdi.
Maykl Siciliyaya qayıdır. 1951-ci ildə (qayıdışından bir il sonra) o, keçmiş rəfiqəsi Keylə görüşür və tezliklə ona evlənmə təklifi edir. Sonninin ölümündən sonra don mafiya başçısı kürsüsünü tərk edir. Ortancıl qardaş Fredo bu işlərin öhdəsində gələ bilməyəcəyi üçün faktiki olaraq Maykl cinayətkar sindikatının rəhbəri olur. Amma o Keyə söz verir ki, qarşıdan gələn 5 il ərzində atasının biznesini tamamilə qanuniləşdirəcək.
Klemenso və Salvador Tessio Korleoneyə Barzini ailəsi tərəfdən sıxışdırıldıqlarını bildirirlər və onlara cavab zərbəsi vurmaq təşəbbüsü ilə çıxış edirlər. Lakin Maykl bu mövzuda onlara etiraz edir. O, öz ailə fəaliyyətini Nevada ştatına keçirmək istəyir və Konninin ərinin bütünlüklə onun sağ əli olacağına and içir. Tom Hagen işlərdən kənarlaşdırılaraq don Vitonun şəxsi vəkili olur. Hagen indiki yerindən və Mayklın siyasətindən narazılığını bildirir. Lakin don, Mayklın onun məsləhətilə iş gördüyünü deyir.
Maykl Las-Veqasda böyük bir sahibkarla tanış olur və ona Mo Qrinin (Aleks Rokko) kazinodakı payını almağı təklif edir. Amma Mo ona kobudcasına etiraz edir. Məlum olur ki, Mo Qrin zəng edib Fredonu ictimaiyyət arasında döyməyi deyib. Fredo Monun tərəfini tutur. Daha sonra Maykl Fredoya bildirir ki, bir də heç vaxt öz ailəsi əleyhinə getməyə cürət etməsin.
Maykl evə qayıdır. Don Vito düşmənlərin nə fikirdə olduğunu başa düşür və Barzininin Mayklı görüşə çağıracağını, elə oradaca onu öldürəcəyini bildirir. Təklif verən adam satqındır. Vito Mayklı heç vaxt ailənin başında görməyi arzulamadığını deyir. Əksinə, onun qanuni siyasətçi olmağını arzulayırdı. Tezliklə don nəvəsi Entoni ilə oynayarkən ürək tutmasından vəfat edir. Dəfn mərasimi zamanı don Vitonun dediyi doğru çıxır. Tessio Maykla Barzini ilə görüş təklif edir.
Maykl Karlo və Konninin oğlunun xaç atası olmağa razılıq verir. Bu mərasim zamanı Mayklın adamları düşmən ailələrin başçılarını öldürürlər: Don Kuneo qapının kandarında, don Straççi liftdə, don Tattaliya yataqda, don Barzini, eləcə də Mo Qrin (masaj zamanı) öldürülür.
Tessio Hagenə deyir ki, onun bu hərəkəti sadəcə biznesdir və Mayklın adamları ilə birlikdə öz ölümünü qarşılamağa gedir. Maykl Karlonu Sonninin öldürülməsində iştirak etdiyi üçün ittiham edir və bunu boynuna almasını istəyir. O, Karloya Las-Veqasa uçması üçün təyyarə bileti verir. Karlo hava limanına getmək üçün maşına oturanda Klemensonun ilgəyi ilə onu öldürürlər.
Konni ərinin ölümündə Mayklı günahlandırır. Key bu barədə öyrənmək istəyəndə Maykl cavabdan imtina edir. Lakin Key onu cavab verməyə məcbur edir və Maykl bu işdə əli olmadığını söyləyir.
Filmin finalında Key Karlonun və başqalarının ölümündə ərinin əlaqəsi olmamasına inanır. O, qapının arasından Klemensonun yeni don kimi Mayklın əlini öpməsinin şahidi olur. Key əri haqqında olan bütün şübhələrin yalan olduğunu başa düşür…
Nəsil ağacı
Filmin heyəti
Filmin üzərində işləyənlər Vəzifə Şəxs Rejissor Frensis Ford Koppola Əsərin müəllifi Mario Püzo Ssenari müəllifləri Mario PüzoFrensis Ford Koppola Operator Qordon Uillis Rəssam Uorren Klaymer Bəstəkar Nino Rota Prodüser Albert Ruddi Geyim rəssamı Anna Hill Conston Montaj Uilyam ReynoldsPeter Sinner Əlaqələndirici prodüser Qrey Frederikson Dirijor Karlo Savina Dekor rəssamı Filip Smit Kastinq Fred RoosAndrea İstmenLuis Diciamo Prodüser assistenti Qeri Çazan Post-prodakşn məsləhətçisi Volter Març Xarici post-prodakşn Peter Sinner
Rollarda Aktyor Rol Mövqeyi Marlon Brando don Vito Korleone Korleone mafioz klanının başçısı, hər kəsin yanında "Xaç atası" kimi məşhurdur. Sonni, Fredo, Maykl, Konninin və qəbul edilmiş övlad Tom Hagenin atası, Karmella Korleonenin əri Al Paçino Maykl Korleone Korleone ailəsinin kiçik oğlu. Onun adi insandan mafiya başçısına qədər yüksəlişi filmin əsasını təşkil edir. Ceyms Kaan Santino (Sanni) Korleone Don Vitonun böyük oğlu, onun varisi hesab olunur. Qızğın xarakterli və son dərəcə qisasa meyillidir. Con Kazale Frederiko (Fredo) Korleone Don Vitonun ortancıl oğlu. Xarakter etibarilə qardaşlar arasında ən zəifi hesab olunur. Robert Düvall Tom Hagen Don Vitonun övladlığa qəbul etdiyi şəxs. Hüquqşünasdır. Taliya Şayr Konstansiya (Konni) Korleone-Rissi Don Vitonun yeganə qızı. Karlo Rissinin arvadıdır. Dayan Kiton Key Adams Mayklın rəfiqəsi, sonradan onun ikinci arvadı və uşaqlarının anası. Riçard Kastellano Piter Klemensa Korleone klanının kaporecimesi. Eyb Viqoda Salvatore Tessio Korleone klanının kaporecimesi. Al Lettyeri Vörcil Solosso Narkotik idxalçısı, Tattaliya ailəsi ilə əlaqəsi var. Canni Russo Karlo Rissi Konninin əri. Korleone ailəsinin yaxın adamı olsa da, Sonnini satır. Sterlinq Heyden kapitan Mark Makklaski Nyu-York polisinin kapitanı. Solosso ilə əməkdaşlıq edir. Lenni Montana Luka Brazi Muzdlu qatil. Riçard Konte don Emilio Barzini Barzini ailəsinin başçısı. Al Martino Conni Fonteyn Tanınmış müğənni. Don Vitonun xaç oğulluğu. Con Marli Cek Vols Hollivudda kinostudiya rəhbəri. Aleks Rokko Mo Qrin Korleone ailəsinin çoxdankı dostu. Las-Veqasda mehmanxana şəbəkəsinin və kazinonun sahibidir. Morqana Kinq Karmella Korleone Don Vitonun arvadı, Sonni, Fredo, Maykl, Konninin anası. Tom Hagenin qəbul edilmiş anası. Korrado Qaypa don Tommazino Vito Korleonenin köhnə dostu. Maykl Siciliyaya qaçanda onun gizlənməsinə kömək etmiş şəxs. Viktor Rendina Filipp Tattaliya Tattaliya ailəsinin başçısı. Simonetta Stefanelli Apolloniya Vitelli-Korleone Mayklın Siciliyada tanış olduğu birinci arvadı. Tom Roski Rokko Lampone Klemensanın döyüşçüsü. Co Spinell Uilli Çiççi Korleone ailəsinin döyüşçüsü. Riçard Brayt Al Neri Mayklın cangüdəni. Sonradan ailənin kaporecimesi oldu.
Çəkiliş yerləri thumb|left|Manhettenin Foli-Skver ərazisindəki Nyu-York Ali Məhkəməsinin binası