Polett Qoddar () — ABŞ aktrisası və prodüser.
Həyatı
Polett Qoddar (əsl adı: Marion Polin Levi) 3 iyun 1910-cu ildə Nyu-Yorkda anadan olmuşdur.
O, "Hal Roach Studios"la müqavilə imzalayır və "İspaniyadan olan uşaq" filminə çəkilir. 1932-ci ildə o, Çarli Çaplinlə tanış olur. Bir müddət keçmiş Çaplin Qoddarla birlikdə filmlər çəkməyi planlaşdırır. Beləliklə 1936-cı ildə "Yeni zamanlar" filmi meydana gəlir. Polett hətta az da olsa "Samuel Goldwyn Productions" şirkətində də bir neçə ekran əsərində çəkilir.
Bu zaman ərzində o, Çarli Çaplinlə birlikdə onun Beverli Hillsdəki evində yaşayır. Onların evlilik statusu olur və 1936-cı ildə Çində ailə həyatı qururlar.
Qoddarın növbəti işi "Paramount Pictures" kino şirkəti ilə olur. Bu şirkətlə müqavilə bağlayan Polett az sonra növbəti filminə çəkilir. 1939-cu ildə çəkilən bu filmin adı "Pişik və bülbül" adlanırdı.
Onun ən məşhur rolları Çarli Çaplinin çəkdiyi "Yeni zamanlar" (1936) və "Böyük diktator" (1940) filmlərdə olmuşdur. Məşhur "Küləklə sovrulanlar" filmində Skarlett O'Hara rolunu Polett ifa etməli idi Les bonus du DVD du film montrent quelques-uns de ses bouts d'essai.. Lakin Çaplinlə olan nikahının qeydiyyatının qeyri-müəyyən olması ilə bağlı müqavilə ləğv olunmuşdur.
"Böyük diktator" filminin uğurundan sonra elə həmin ildə (1940) Fred Estayrın "İkinci xor" müziklində çəkilir. Bu musiqili filmdə Polett əsas qadın rolunda çıxış edirdi. Polett Qoddar ilk və yeganə "Oskar"ını 1944-cü ildə almışdır.
1936-1942-ci illərdə Çarli Çaplinin, 1958-1970-ci illərdə isə Erix Mariya Remarkın həyat yoldaşı olmuşdur.
1950-ci illərdə onun karyerasında durğunluq yaranmışdır. 1958-ci ildə o, Remarka ərə gedir və onlar birlikdə İsveçrəyə köçürlər.
Polett Qoddar 1990-cı ildə 80 yaşının tamam olmasına 2 ay qalmış İsveçrədə vəfat etmişdir.
Filmoqrafiya
İl Azərbaycanca adı Orijinal adı Rol1929 Yuxarı rəfdə Berth Marks qatar sərnişini1933 Roma qalmaqalları Roman Scandals qız1936 Yeni zamanlar Modern Times qız1938 Bütün qəlbilə gənc The Young in Heart Lesli Saunders1939 Qadınlar The Women Miriam Aarons1940 Böyük diktator The Great Dictator Hanna1940 İkinci xor Second Chorus Ellen Miller1941 Dan yerinin ağarmasını ləngidin Hold Back the Dawn Anita Dikson1945 Kitti Kitty Kitti1946 Qulluqçunun gündəliyi The Diary of a Chambermaid Selestin1947 Məğlubedilməz Unconquered Ebbi1948 Şən yolumuzla On Our Merry Way Marta1949 Anna Lukasta Anna Lucasta Anna Lukasta1952 Bağdaddakı uşaqlar Babes in Bagdad Kira1953 İezavelin günahları Sins of Jezebel İezavel1964 Laqeydlik zamanı Gli indifferenti Mariya Qraziya
İstinadlar .
Şəkilləri
Xarici keçidlər
Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:ABŞ prodüserləri Kateqoriya:ABŞ rəqqasələri Kateqoriya:ABŞ teatr aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:Kuinsdə doğulanlar Kateqoriya:XX əsr ABŞ aktrisaları Kateqoriya:Nyu-York şəxsləri