() — cinsinə aid otyeyən təkdırnaqlı məməli heyvan növü. Vəhşi at müasir atların əcdadı hesab olunur.
Vəhşi atların bir neçə yarımnövü mövcud olmuşdur. Onlardan yalnız 3-ü dövrümüzədək yaşamağı bacarmışdır.
Ev atı (Equus ferus caballus). XVII-XVIII əsrlərdə xalq seleksiyası yolu ilə yaradılmış Qarabağ atları da bu yarımnövə aiddir. Tarpan və ya Avrasiya vəhşi atı (Equus ferus ferus). Avropa və Asiyada yaşamışlar. Tarpanın demək olar ki XIX əsrin sonlarında nəsli kəsilmişdir və sonuncu fərd 1918-19-cu illərdə Ukrayna zooparklarının birində ölmüşdür. Prjevalski atı (Equus ferus przewalskii). Bu at monqol vəhşi atı kimi də tanınır. Mərkəzi Asiya və Qobi səhrasında yayılmışdır.
İstinadlar
Həmçinin bax
Kateqoriya:1785-ci ildə təsvir edilən məməlilər Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər Kateqoriya:Asiya məməliləri Kateqoriya:Piter Boddert tərəfindən adlandırılmış taksonlar