Həmdulla əfəndi İsmayıl əfəndi oğlu Əfəndizadə (; ) — Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından və şimal bölgəsində Azərbaycan Milli Ordusunun təsisçilərindən biri; Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü; Sovet dönəmində Quba üsyanının başçılarından biri.

Həyatı 1870-ci ildə Quba qəzasında (indiki Şabran rayonu, Qələgah kəndində) anadan olub. İlk təhsilini kənd mollaxanasında və Qubadakı mədrəsədə almışdır. Daha sonra ikisinifli rus məktəbini bitirdikdən sonra (1906) Qori Müəllimlər Seminariyasından məzun olmuşdur. Poliqlot olan Həmdulla əfəndi ərəb, fars, tat, ləzgi və rus dillərini bilmişdir.

Dəvəçi nahiyəsinin Qələgah kəndində öz ata-baba mülkündə yaşayan Həmdulla əfəndi bütün mahalda böyük nüfuza malik olan məşhur ruhani ailəsinə mənsub idi. Əfəndilər nəslinin tanınmış nümayəndələrindən biriŞahin Fazil. Quba tarixi. (Redaktorlar: Akademik Yaqub Mahmudov; tarix üzrə elmlər doktoru, prof. Tofiq Mustafazadə) II nəşr. Bakı: TEAS Press Nəşriyyat evi, 2016, 700 s. səh 415. olan Həmdulla əfəndinin babası Şeyx İbrahim əfəndinin məzarı əhalinin ziyarət yeri olmuş, atası İsmayıl əfəndi və əmisi Əbdülvəhhab əfəndi hələ 1880-ci ildə, "müridizmi qızışdıranlar" kimi Sibirə, "azad" məskunlaşmaya göndərilmişdilər. İsmayıl əfəndi orada vəfat etmiş, Əbdülvəhhab əfəndi isə yalnız 17 ildən sonra vətəninə qayıtmışdı.

Yerli mənbələrə görə, Həmdulla əfəndi özü nəinki bütün qəzada hətta Bakıda da ictimai xadim, şərəfli və ədalətli insan kimi tanınırdı. Bu da ona yalnız müsəlmanlar arasında deyil, bütün əhali arasında böyük nüfuz qazandırmışdı. Həmdulla əfəndi Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoyskinin yaxın dostu olmuşdur.

XX əsrin əvvəllərində Azərbaycan hökm sürən qeyri-sitabillik illərində Həmdulla əfəndinin silahlı dəstəsi qəzanın Dəvəçi nahiyəsində qayda-qanunun və sabitliyin qorunmasına nəzarət etmişdi. 1918-ci ilin Quba hadisələri zamanı Həmdulla əfəndinin bir neçə yüz nəfərdən ibarət olan tərəfdarları Möhübəli əfəndinin və Hatəm ağa Cağarvinin başçılıq etdikləri ləzgi dəstələri ilə birlikdə bolşevik-erməni hərbi birləşmələrinə qarşı müqavimət göstərmişdi.

Fəaliyyəti

Siyasi fəaliyyəti Həmdulla Əfəndi Azərbaycanın siyasi həyatında yaxından iştirak etmiş, İttihad Partiyasının fəal üzvü olmuş və 1917-ci ilin aprel ayında Dəvəçidə yaradılan müsəlman milli şurasına sədr seçilmişdir. Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una (19 noyabr 1918) əsasən, Quba qəzasından Cümhuriyyət Parlamentinin tərkibinə daxil edilmiş, İttihad fraksiyası üzvü olmuşdur. Həmdulla əfəndi eyni zamanda Bakı qubernatorunun köməkçilərindən biri idi.

Xeyriyyəçilik fəaliyyəti Mənbələrə görə, xeyriyyəçi olan Həmdulla əfəndi mahaldakı yetimləri himayə etmiş, kasıb və imkansız ailələrə mütəmadi yardımlar göstərmiştir. O, 1916-cı ildə baş verən quraqlıq zamanı da öz taxıl ehtiyatını əhaliyə paylamışdır. Təhsilə və elmə böyük önəm verən Həmdulla əfəndi müsəlman uşaqların təhsil alması üçün Qələgahdakı evini məktəbə çevirmişdir.

Zəiflərin hamisi Yerli mənbələrdə ədalətli bir şəxs kimi təqdim olunan Həmdulla əfəndi, kimliyindən, milli mənsubiyyətindən, dinindən asılı olmayaraq silahsız və dinc insanları müdafiə etmişdir. Quba hadisələri vaxtı zərər çəkmiş müsəlman əhalini erməni silahlı dəstələrindən müdafiə etdiyi kimi, müsəlmanlara zorakılıq aktlarında iştirak etməyən Kilvar ermənilərini də müdafiə etmişdir. Buna görə də ermənilərin Bakıdakı yepiskopu Baqrat Həmdulla əfəndiyə təşəkkür məktubu ünvanlamışdır:

Hərbi fəaliyyəti Həmdulla əfəndi Əfəndizadə, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmış və 1920-ci ilin aprelində bolşeviklərə qarşı Sarvan döyüşündə Azərbaycan ordusuna başçılıq etmiş, ziherli qatarın qarşısını kəsməyə cəhd etmişdir.

Həmdulla əfəndi Əfəndizadə ermənilərin 1918-ci ildə Azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı zamanı daşnakların vəhşiliklərinin qarşısını almaqda xüsusi xidmətlər göstərən şəxslərdən olub. O Quba qəza komissarı Əli Bəy Zizikskinin komandanlığı altında ermənilərə qarşı təşkil olunan mübarizə dəstələrində vuruşub. 1918-ci ilin aprelində Dəvəçi nahiyəsinə soxulmuş erməni daşnakları dinc azərbaycanlılara qarşı soyqırımına başladıqda, Həmdulla əfəndi Qaçaq Mayılla birlikdə xalqı ayağa qaldıraraq ermənilərə qarşı vuruşmuşdur. 1918-ci il Qanlı Dərə döyüşündə Həmdulla əfəndinin hərbi məharəti və cəsarəti sayəsində düşmən darmadağın edilmişdir. Qanlı Dərə döyüşündən sonra bolşeviklərin Qubaya əks-hücumlarının qarşısının alınmasında və Qubanın azad edilməsində iştirak etmişdir.

Ümumiyyətlə Həmdulla əfəndi, 18-ci illərdə David Gelovaninin, Amazapsın, Martıkyanın, Çurayevin, Abraab Velnutsun, 20-ci illərdə isə İ. Miluninin, Moravskinin, Şalomovun, Molonovun, Moyerin orduları ilə dəfələrlə üz-üzə gəlmiş, Şamaxıda qırğın törətmiş Lalayanı və "Dabalaq" Samveli şəxsən məhv etmişdir.

Dəvəçi döyüşü (1918) Stepan Şaumyan komissarlarını yığaraq, bolşevik fəaliyyətlərini heçə endirən Həmdulla əfəndinin mübarizəsini tənqid edərək, ordularına dərhal əməliyyat keçirmək əmri verdi. 1918-ci ilin may ayının 12-nə keçən gecə Abraam Veluntsun komandanlığı altında böyük bir qoşun Dəvəçi yaxınlığında dəstələrini formalaşdıran Həmdulla əfəndinin üzərinə hücum keçmişdi. Cəbhə xətti əldən-ələ keçsə də, Veluntsun rus və erməni əgərlərindən təşkil olunmuş hərbi hissələri əfəndinin döyüşçülərinin müqavimətini qıra bilməmişdilər. Geri çəkilməyə məcbur olmuşdular.

Xırdalan döyüşü (1918) 1918-ci ildə Bakıda baş verən soyqırımı və qətllərin qarşısını almaq məqsədilə Qubadan Səttar Əfəndiyevin, Əli bəy Ziziksinin, Xanbaba bəyin, Qusardan Hətəm ağa Cağarvinin, Hacı Cavadın dəstələri Dəvəçidə Həmdulla Əfəndinin 500 nəfərlik dəstələri ilə birləşərək Bakı üzərinə yürüş etdilər. 1500 nəfərlik milli qüvvələrin qarşısını kəsmək üçün Korqanyanın əmri ilə toplarla və pulemyotlarla silanlamış dəstələr Xırdalan yaxınlığında mövqeləndilər. Döyüşlər aprelin 8-ində başladı. Hər iki tərəf də ağır itki verməsinə baxmayaraq geri çəkilmirdi. Hərbi nazir Korqanyanın əmri ilə Xırdalana əlavə iki dəstə də göndərildi. Günlərlə davam edən döyüşlərdən sonra sursatı və canlı qüvvəsi tükənmiş Əli bəyin və Həmdulla Əfəndinin komandanlığı altındakı milli qüvvələr geri çəkilməyə məcbur oldular.

Sarvan (Dəvəçi stansiyası) döyüşü

1920-ci il aprelin 26-sında gecə saat 12-də Azərbaycana soxulan bolşevik zirehli qatarı Yalama stansiyasında bir neçə saatlıq müqavimətlə üzləşsə də Azərbaycan ordusunun əsgərlərini məğlubiyyətə uğrataraq irəlləməkdə davam edirdi. 7-ci Qafqaz diviziyası səhərə yaxın Qusara daxil olmuşdu. 38-ci, 39-cu və 40-cı süvari alayları Qubanın mühüm obyektlərini ələ keçirmişdilər. Həmdulla əfəndi ziherli qatarın qabağını kəsmək üçün Dəvəçi stansiyası yaxınlığında mövqe tutmuş, relslər sökülməsi, barikadaların qurulması üçün tapşırıqlar vermişdi. Ətraf kəndlərdən gələn könüllülərin də orduya qoşulması nətincəsində Həmdulla əfəndinin mücahidlərinin sayı 2 min nəfərə çatmışdı. Səbri bəy, Arif əfəndi Şıxzadə, qubalı Səttar Əfəndiyev, İsmayıl Əli əfəndi, Qaçaq Mayıl, Şəmsəddin əfəndi və Əmri əfəndi bu 2 minlik ordunun dəstə başçıları idilər. 2 minlik orduya komandanlıq edən Həmdulla əfəndi öz ordusu önündə belə bir nitq söyləmişdi:

1920-ci ilin 27-də bolşeviklərin zirehli qatarı günortaya yaxın görünməyə başlayanda Həmdulla əfəndi atına minərək deyir:

Döyüş başlayır, zirehli qatar hərəkətini dayandırıb toplarını işə salır. Artilleriya zərbələri ilə könüllü döyüşçülərin iradəsini qıra bilmədiyini görən M. K. Levandovski 299-cu atıcı polkunu hərəkətə gətirir. İnadkarlıqla hücuma keçən könüllü döyüşçülərin ilk zərbələrindən rus əsgərləri xeyli itki verərək geri çəkilirlər. Qubadan 39-cu və 40-cı süvari alaylarını köməyə çağıran Levandovski vaxt udmaq üçün artilleriya zərbələrini gücləndirir. Bir saatdan sonra isə 299-cu atıcı polkunu hərəkətə gətirir. Bolşevik əsgərlərini yaxına buraxaraq onlara xeyli itki verdirən Həmdulla əfəndi üstünlüyü əlində saxlasa da arxadan qəfil zərbə endirən süvari polkları üstünlüyün bolşeviklərə keçməsinə nail olurlar. Mühasirəyə düşən Həmdulla əfəndi və tərəfdarları mühasirəni yararaq dağlara çəkilmək məcburiyyətində qalırlar. Quba üsyanına başçılıq

Avqustun 23-də Quba qəzasında Kuzun kəndinin əhalisi silahlı üsyana qalxır. Onlar kənddə iki nəfər milisi öldürür və yeni hakimiyyətə itaətsizliklərini bəyan edirlər. Üsyanın qarşısını almaq üçün qəza komitəsi kəndə 4-cü süvari alayından 45 nəfərlik (30 nəfər süvari, 15 nəfər piyada) dəstə göndərir. Lakin dəstə üsyanı yatıra bilmir və çoxlu itki verir. Dəstədən yalnız 6 nəfər xilas ola bilir. Qubanın hərbi komissarı Kuzun kəndində sovet hakimiyyətinin bərpa olunması üçün yeni qüvvə göndərir. Avqustun 26-da Kuzun kəndinin üsyançıları ilə sovet qüvvələri arasında yeni döyüş baş verir. Kənd əhalisi bu dəfə də sovet qüvvələrinə ciddi müqavimət göstərir. Avqustun 29-da Qubanın 4 verstliyində sovet qüvvələri ilə üsyançılar arasında yeni vuruşma baş verdi. 100 nəfərlik sovet qüvvələri xeyli itki verdilər. Avqustun sonu sentyabnn əvvəllərində üsyançıların silahlı dəstəsi tam formalaşmışdı. Cümhuriyyət ordusunun podpolkovniki Əfəndiyevin rəhbərlik etdiyi dəstədə türk zabitləri də vardı. Üsyançılar xeyli pulemyot və beşaçılan tüfəng əldə etmişdilər. Sentyabrın 3-də səhər saat 7-də üsyançılar Dəvəçi-Xaçmaz üzərinə hücum edirlər. Onların qarşısına 7-ci süvari dəstəsi çıxarılır. Gərgin döyüşdən sonra sovet-bolşevik döyüşçüləri mövqelərini qoruyub saxlaya bildilər. Quba ərazisində mövcud olan güclü dəstələrdən birinə Azərbaycan Cümhuriyyəti Parlamentinin keçmiş deputatı olmuş Həmdulla əfəndi başçılıq edirdi. Sovet rejimi üçün təhlükəli xarakter alan bu üsyanlar Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1920-ci il sentyabrın 9-da keçirilən plenumunda ciddi müzakirə edilmişdi. Plenum Quba üsyanını yatırmaq üçün Əliheydər Qarayev və Qoqoberidzeni ora ezam etmək barədə qərar qəbul edir. Üsyan sentyabrın birinci ongünlüyünün sonlarına qədər davam edir. Çətinliklə yatırılan Quba üsyançılarının böyük silahlı dəstələrindən birinin rəhbəri Həmdulla əfəndi Şamaxı ilə sərhəd olan yüksək dağ kəndlərinə çəkilir. Üsyançı kəndlər isə qırmızıların nəzarəti altına keçir.

Gəndov ətrafı döyüşlər (Quba üsyanı)