Etibar Əliyev () — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Həyatı Etibar Əliyev 11 iyul 1955-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. Burada 5 saylı orta məktəbdə 8-ci sinfi bitirib. O, 1969-cu ildə 34 saylı texniki-peşə məktəbində dülgər ixtisasına yiyələnmişdir. 1973-cü ildə hərbi xidmətə çağırılmışdır. Etibar Əliyev 1975-ci ildə Saratov vilayətində əsgəri xidmətini başa vurmuşdur. Hazırda Müsavat Partiyasının 1 saylı üzvlük vəsiqəsi Etibar Əliyevin adına yazılmışdır.

Ailəsi Ailəli idi. İki qızı yadigar qalıb.

Xatirəsi ● Azərbaycan Respublikası prezidentinin 24 avqust 1993-cü il tarixli 740 saylı fərmanı ilə Əliyev Etibar Böyükağa oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

● Etibar Əliyev Lənkəran şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

● Etibar Əliyevin Lənkəran şəhərində adını daşıyan küçə var.

● Lənkəran şəhərinin "23 Avqust" meydanında Etibar Əliyevin büstü qoyulub.

● Xocavənd şəhərinin Hadrut qəsəbəsində Etibar Əliyev adına Xatirə Parkı mövcuddur.

İstinadlar

Ədəbiyyat Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 78.

Xarici keçidlər Əliyev Etibar

Kateqoriya:Azərbaycanın Milli Qəhrəmanları Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Azərbaycan talışları