Mixail Slesaryov () — Azərbaycanın Milli Qəhrəmanı.
Həyatı Mixail Slesaryov 8 may 1955-ci il Rusiyanın Smolensk şəhərində doğulmuşdur. 1970-ci ildə 4 saylı məktəbi bitirir. 1971-ci ildə traktorçu işləməyə başlayır. 1975-ci ildə hərbi xidmətə çağırılır. 1977-ci il xidmətini başa vurur. Həmin il Tbilisi Gizirlər Məktəbinə daxil olur.Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 264.
7 yanvar 1999-cu il Qobustan həbsxanasında xidmətini yerinə yetirirdi. Axşamüstü dustaqlar qiyam etdilər. Mixail cəld əməliyyat qrupu yaratdı, silahlı məhbuslar zərərsizləşdirildi.
Azərbaycan Respublikası prezidentinin 12 yanvar 1999-cu il tarixli 73 saylı fərmanı ilə Slesaryov Mixail Aleksandroviçə "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdi.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "N" saylı hərbi hissəsində taqım komandiri vəzifəsində çalışırdı.
Mixail Slesaryov 12 aprel 2014-cü ildə vəfat edib.
Qobustan rayonunda dəfn edilmişdir.
Ailəsi İki övladı var.
İstinadlar
Kateqoriya:Azərbaycanın Milli Qəhrəmanları Kateqoriya:Traktorçular