Qızılhacılı — Azərbaycan Respublikasının Qazax rayonunun Fərəhli kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Qızılhacılı kəndi Qarabağ müharibəsi dövründə Ermənistan Ordusu tərəfindən tam işğal olunub və dağıdılıb. Hal-hazırda kəndin böyük hissəsi işğaldan azad olunub, lakin kəndin bir hissəsi hələ də cəbhə xəttində yerləşir. 2010-cu ilin yanvar ayında Ermənistan Silahlı Qüvvələri daha bir vəhşilik törədərək gecə zamanı kənd qəbiristanlığını dağıdıblar. Təqribən 30 məzar tamamilə dağıdılıb. Bir gün əvvəl dəfn edilən bir nəfərin məzarının üzərinə isə taxtadan hazırlanmış xaç işarəsi qoyulub.İşqalçı Ermənilər Qazaxda kənd qəbiristanlığını dağıdıb Kənd 11 may 1992-ci ildən Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi.
19 aprel 2024-cü ildə Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı kəndlərinin Azərbaycana geri qaytarılması barədə razılıq əldə edilib.
24 may 2024-cü ildə Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.
Toponimikası Qızılhacılı oyk., L, mür. Goranboy r-nunun eyniadlı i.e.v.-də kənd. Düzənlikdədir; Gəncə-Qazax düzənliyindədir. Yaşayış məntəqəsinin adı qızılhacılı tayfasının adındandır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 266 nəfər əhali yaşayır. Əhalinin 127 nəfəri kişilər, 139 nəfəri qadınlardan ibarətdir.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax Qazax rayonu
Xarici keçidlər Azərbaycan Respublikasi Qazax Rayon İcra Hakimiyyəti. Bələdiyyələr Qazaxın işğal altındakı kəndindən eksklüziv reportaj
İstinadlar
Kateqoriya:Qazax rayonunun kəndləri Kateqoriya:Qarabağ münaqişəsi Kateqoriya:Məhv olmuş Azərbaycan şəhərləri