Çənlibel (əvvəlki adı: Çardaxlı, Çardaqlı) — Azərbaycan Respublikasının Şəmkir rayonunun Çənlibel kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Rusiya imperiyası dövründə kənd Yelizavetpol Quberniyası Yelizavetpol uyezdinə daxil idi. 1908-ci ilin əhali siyahıya alınması nəticələrinə görə kəndin əhalisi 1862 nəfər olmaqla əsasən ermənilərdən ibarət idi.Qafqaz Təqvimi 1908 il. Tiflis. II Statistika şöbəsi. səh 101 Çardaxlı kəndinə ermənilər 1830-cu illərdə Tiflisin Avlabar adlı ərazisindən köçürülmüşdür.И. М. Мамедова - “СТАТИСТИЧЕСКИЕ ОПИСАНИЯ ШАМШАДИЛЬСКОЙ И КАЗАХСКОЙ ДИСТАНЦИИ” КАК ИСТОЧНИК ДЛЯ ИЗУЧЕНИЯ ИСТОРИИ НАСЕЛЕНИЯ ЗАКАВКАЗЬЯ (первая треть ХІХ ст.)
Qarabağ münaqişəsi ilə əlaqədar kəndin bütün erməni əhalisi, təxminən 310 ailə kəndi tərk edərək Ermənistanın Tavuş regionunda yerləşən Yuxarı Körpülü (Zorakan) kəndinə köçmüş, həmin kəndin azərbaycanlı əhalisi isə Çardaxlıya köçmüşdür. Kəndin adı dəyişdirilərək, 1990–1991-ci illərdən sonra Çənlibel adlandırılmışdır.
Əhalisi Qarabağ müharibəsinin başlamasınadək kəndin əhalisini əsasən ermənilər təşkil etmişdir. Hal–hazırda kəndin əhalisi azərbaycanlılardan ibarətdir.
İqtisadiyyatı Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Təhsil Kənddə S.Vəliyev adına 1 saylı tam orta məktəb və R.Pirnəzərov adına 2 saylı tam orta məktəb yerləşir.
Tanınmış şəxsləri İvan (Hovannes) Baqramyan (1897–1982) — Sovet İttifaqı marşalı. Amazasp Babacanyan (1906–1977) — Sovet İttifaqı Qəhrəmanı. Rəmal Aslanov (d. 1992) — Azərbaycan Kikboksinq Federasiyasının vitze–prezidenti və kapitanı, eləcə də Azərbaycan Prezidenti mükafatçısıdır.
İstinadlar
Kateqoriya:Şəmkir rayonunun kəndləri Kateqoriya:Çənlibel