Mirzə Yarəhməd oğlu Almasov () — general-mayor (17.05.2003), Cəmşid Naxçıvanski adına hərbi liseyin rəisi (2003–2015)M. Y. Almasovun Cəmşid Naxçıvanski adına Hərbi Litseyin rəisi vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı.
Həyatı 19 iyun 1963-cü ildə Bakıda anadan olub. 1970–1978-ci illərdə 229 saylı orta məktəbdə, 1978–1980-ci illərdə isə Cəmşid Naxçıvanski adına 2 saylı ixtisaslaşdırılmış orta məktəbdə oxuyub. 1980–1985-ci illərdə Xəzər Ali Hərbi Dənizçilik Məktəbində, 1988–1989-cu illərdə isə SSRİ Hərbi Dəniz qüvvələrinin Ali Xüsusi Zabit sinfində hərbi təhsil alıb.
1985–1992-ci illərdə "Qırmızı bayraq" ordenli Xəzər dənizi donanmasında "Gəmi komandirinin köməkçisi" və "Gəmi komandiri" vəzifələrində çalışmışdır.
1992–1994-cü illərdə Azərbaycan Respublikası Müdəfiə Nazirliyində Hərbi Nümayəndələr şöbənin rəis müavini işləmişdir.
1994–1995-ci illərdə Hərbi Dəniz Qüvvələrinin 628 saylı hərbi hissədə komandir, 1995-1996-cı illərdə Hərbi Dəniz Qüvvələrinin döyüş hazırlığı rəisi, 1996–2001-ci illərdə isə 641 saylı hərbi hissədə komandir vəzifəsində xidmət göstərmişdir.
2001–2003-cü illərdə Bakı Ali Hərbi Dəniz Məktəbi Tədris şöbəsinin rəis müavini, 2003–2015-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi olmuşdur.
22 avqust 2017-ci ildə hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.
Təltifləri "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı — 26.06.2003 (MN-079t) "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı — 26.06.2003 (MN-065t) "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı — 31.12.2005 (MN-0147t) "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı — 25.06.2007 (MN-037t) "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı — 26.06.2008 (MN-073t) "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı — 23.06.2012 (MN-051t) "Hərbi xidmətlərə görə" medalı — 25.06.2012 "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı — 24.06.3013 (MN-071t) "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı — 24.06.2014 (MN-131t)
İstinadlar
Kateqoriya:Azərbaycan generalları Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Cəmşid Naxçıvanski adına hərbi liseyin rəisləri